Skayp səsli zənglərdə sinxron tərcüməni tətbiq edir

Skayp səsli zənglərdə sinxron tərcüməni tətbiq etməyə başlayıb.
 
Skayp şəbəkəsi artıq onlayn danışıqlarda sinxron tərcümə xidmətinin tətbiqinə başlayıb.
 
Verilən rəsmi məlumata görə, sözügedən tərcümə 6 dil üçün aktiv olacaq. Bu dillər arasında ingilis, fransız, alman, italyan, çin və ispan dilləri var.
 
Skayp sosial şəbəkəsindən verilən rəsmi məlumatda sözügedən şirkətin insanlar arasında mövcud olan dil sərhədini aradan qaldırmağı çoxdan arzuladığı deyilir.
 
Qeyd edək ki, bununla yanaşı, şirkət yazılı mətnlərdə də tərcümənin aktivləşdirilməsi istiqamətində işlər görür. Belə ki, bu xidmətə 50-dən çox dil aid olacaq. axar/
 

Google+ WhatsApp ok.ru