İslahatlarsız iqtisadiyyatı sağlamlaşdırmaq olmaz

İslahatlarsız iqtisadiyyatı sağlamlaşdırmaq olmaz

"Novoye Vremya"nın məqaləsi belə adlanır.
 
Sayta danışan Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov neft gəlirlərindən səmərəli istifadə olunmadığını, Azərbaycanın da «holland sindromu»ndan qaça bilmədiyini deyib.
 
Müəllif yazır ki, Azərbaycanda «holland sindromu» özünü hələ manatın devalvasiyasından çox öncə göstərib:
"Neft yaxşı satılır, pul da çay kimi ölkəyə axırdı. Heç kəs etiraf etmək istəmirdi ki, ölkə artıq "holland virusu"na yoluxub və yalnız neftin qiymətinin aşağı düşməsi hamını ayıltdı. Ən əsası dərk edildi ki, bu sindroma qarşı mübarizə zəruridir".
 
Müəllif keçən il qəbul edilən yol xəritələrinin də "holland sindromu"na qarşı çarə olmadığı qənaətindədir:
"Neft kotirovkalarının qeyri-sabitliyi iqtisadiyyatda durumu pisləşdirə bilər, bu isə "holland sindromu"nun qarşısını almağa və yayılmasına yönələn tədbirləri faydasız əməyə çevirər".
 
Yazı müəllifinə görə, ölkənin bu böhrandan çıxa bilməsinin vacib həlqələrindən biri müstəqil məhkəmə sisteminin qurulmasıdır:
"Müstəqil məhkəmə sistemi bu azad biznesin, sahibkarlıqda rəqabətin, korrupsiya və inhisardan azad olmağın zəmanətidir". /

Google+ WhatsApp ok.ru