İslam Ədəbi -1

İslam Ədəbi -1

Islamı digər din və məktəblərdən fərqləndirən xüsusiyyətlərdən biri də onun ictimai din olmasıdır. Burada təkcə ayrı-ayrı fərdlərin deyil, ictimaiyyətin islah olunmasına və onun düz yolu seçib saflaşmasına diqqət yetirilir.

Dediklərimizə aydınlıq gətirmək üçün qeyd etməliyik ki, insanların qarşılarına qoyduqları ən başlıca məqsəd onların səadət və xoşbəxtliyə nail olmalarıdır. Hər bir insan hamıdan üstün olmasını və ixtiyarında olan şeylərin ən yaxşısına yiyələnməsini istəyir. Onlar daim ən yüksək məqamlara nail olmağa və çatışmazlıqları aradan qaldıraraq xoşbəxt həyat tərzi sürməyə can atırlar. Bu bir həqiqətdir ki, hər bir insan dünənindən daha yaxşı yaşamağa can atır və mümkün qədər çox var-dövlət sahibi olmaq istəyir.

Kamal və səadətə nail olmaq istəyi ilə yanaşı, insanlar bu yolda müxtəlif maneə və çətinliklərlə qarşılaşmağı və tənəzzülə uğramağı sevmirlər. Bu səbəbdən də çətinliklərlə üzləşərkən bir növ narahatçılıq və ümidsizliyə qаpаnırlаr. Bu xüsusiyyəti islam alimləri «kamillik axtaran fitrət» adlanmışlar.

Google+ WhatsApp