İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı açıqlama yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı açıqlama yayıb. Maide.az xəbər verir ki, açıqlamada təşkilatın baş katibi İyad bin Amin Mədəninin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş soyqırımı nəticəsində həlak olanların xatirəsini yad etdiyi bildirilir.
 
İƏT Xarici İşlər Nazirləri Şurasının ötən ilin mayında Küveytdə keçirilmiş 42-ci sessiyasında qətliamın pislənməsi ilə bağlı qəbul olunmuş qətnaməni xatırladan baş katib vurğulayır ki, Xocalı faciəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində baş verib. Açıqlamada Azərbaycanın öz ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası istiqamətindəki təşəbbüs və səylərinə tam dəstək ifadə olunur.

Google+ WhatsApp ok.ru