İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin konfransı keçiriləcək

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin konfransı keçiriləcək

-- Səudiyyə Ərəbistanın Ciddə şəhərində

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin konfransı fevral ayının 21-22-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək. 
 
Maide.Az "UNA-OIC"-a istinadən xəbər verir ki, konfransda İƏT-ə üzv 56 ölkənin əmək nazirinin iştirakı gözlənilir. 
 
Konfransda İƏT-ə üzv ölkələrin əmək bazarındakı problemlər,  işsizlyin aradan qaldırılması yolları, iş imkanlarının yaradılması sahəsində  təcrübə və bilik mübadiləsi kimi məsələlər müzakirə olunacaq. 
 
Konfransda həmçinin  gənclərin işlə təmin edilməsi,  İƏT ölkələri arasında işçi qüvvə mübadiləsinə dair iki tərəfli sazişlərin hazırlanması,  işçilərin  sağlamlığı ilə bağlı İƏT-in  strategiyası və s. bu kimi məsələlər haqqında fikir mübadiləsi aparılacaq. 
 
Qeyd edək ki,  konfrans çərçivəsində  İƏT-in İş Mərkəzinin nizamnaməsi üzv ölkələr tərəfindən imzalanacaq. 
 

Google+ WhatsApp ok.ru