İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclas keçirir

İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclas keçirir

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ciddə şəhərində  fövqəladə iclas keçirir
 
Maide.Az “arabstoday” a istinadla xəbər verir ki,  İƏT yayımladığı bəyanatda bildirir ki, bazar ertəsi keçiriləcək iclasda üzv ölkələrin Xarici İşlər Nazirləri Fələstin məsələsini və   ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edəcək. 
 
İƏT bəyanatında bildirilir ki, FƏləstin probleminin həlli üçün  çalışmalar  beynəlxalq qanunlar  və BMT qətnamələrinə uyğun həyata keçirilməlidir.   
 
Beynəlxalq qanunlara görə, Qüds  Fələstinin işğal olunmuş ərazisinin ayrılmaz hissəsidir.  
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu iclasa ev sahibliyi etsə də  BƏƏ və Bəhreynlə birlikdə  ABŞ-ın “Yüz ilin planı”nı dəstəkləyib. 
 
 Ərəb Birliyinin də  fevralın 4-də  Qahirədə İraqın sədrliyi ilə  ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edəcəyi bildirilir. 
 
Xatırladaq ki, Tramp “Yüz ilin planı” adı verdiyi planda Qüdsü sionist İsrail rejiminin “bölünməz” paytaxtı kimi qəbul edib. Fələstinə isə müstəqillik vəd edib.  
 

Google+ WhatsApp ok.ru