İslam Əməkdaşlıq Təşkilatı Donald Trampın sülh planını rədd edib

İslam Əməkdaşlıq Təşkilatı Donald Trampın sülh planını rədd edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ prezidenti Donald Trampın “Yaxın Şərq sülh planı”nı qəbul etməyib.  

 
Quruma üzv dövlətlərin xarici işlər nazirləri sənədin müzakirəsi üçün fövqəladə toplantı keçiriblər.  
 
Tədbir Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub. Yığıncağın yekununda planın qəbuledilməz olduğu qərarına gəlinib.
 
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ciddə şəhərində fövqəladə iclas çağırıb. Bu gün səhər keçiriləcək iclasda üzv ölkələrin Xarici İşlər Nazirləri Fələstin məsələsini və ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edib.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı bu iclasa ev sahibliyi etsə də BƏƏ və Bəhreynlə birlikdə ABŞ-ın “Yüz ilin planı”nı dəstəkləyib. CNN turk/

Google+ WhatsApp ok.ru