İslam Əməkdaşlıq Təşkilatı: Hindistanda ‘Kovid-19’ böhranını müsəlmanların üzərinə atılması qəbuledilməzdir

İslam Əməkdaşlıq Təşkilatı: Hindistanda ‘Kovid-19’ böhranını müsəlmanların üzərinə atılması qəbuledilməzdir

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Hindistandakı bəzi qrupların yeni növ koronavirusun (Kovid-19) yayılması məsələsində məsuliyyəti müsəlmanların üzərinə atılmasının yolverilməz olduğunu açıqlayıb.
 
Maide.Az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının verdiyi açıqlamada, Hindistandakı bəzi siyasi dairələrdə, media orqanlarında və sosial şəbəkə saytlarında "Kovid-19"un yayılmasında müsəlmanların məsuliyyət daşıdığı iddiaları və nifrətin getdikcə artırılması ilə müsəlmanların hədəf alınması və islamofobiya qavrayışının geniş yayıldığı vurğulanıb.
 
"Kovid-19"un müxtəlif xalqlara təsir etdiyini xatırladan açıqlamada, əməkdaşlıq mexanizmlərinin gücləndirilməli olduğu və bunun qarşı mübarizədə səy göstərilməli olduğu qeyd edilib.
 
Amerikanın "Əl-Hurra" televiziya kanalı "New York Times" qəzetinə istinadən bildirir ki, Hindistan Səhiyyə Nazirliyinin "Kovid-19"un yayılmasında müsəlmanları ittiham etməsi barədə açıqlaması müsəlmanlara qarşı hücum və zorakılığı artırıb.
 
Hindistan mediasının verdiyi açıqlamalarda, ölkədə 16,365 "Kovid-19" hadisəsinin olduğu və onlardan 521-nin öldüyü bildirilir.
 
1.5 milyard əhalisi olan Hindistanın 200 milyonu müsəlmandır.

Google+ WhatsApp ok.ru