İslamabadda dini fəallar etiraz aksiyalarını dayandırmağa razıdır

İslamabadda dini fəallar etiraz aksiyalarını dayandırmağa razıdır

-- ədliyyə naziri Zahid Həmidin istefasından sonra...

İslamabadda dini fəallar Pakistanın ədliyyə naziri Zahid Həmidin istefasından sonra etiraz aksiyalarını dayandırmağa razılaşıblar.
 
Nazir paytaxtda dini fəalların aramsız etirazları fonunda könüllü şəkildə istefa verib.
 
Etirazçılar və ölkə hökuməti arasında razılaşmaya əsasən, hökumət Pakistanda kütləvi etirazların əsas səbəbi olan seçkilər barədə qanuna düzəlişlərin analizini 30 gün ərzində dərc etməlidir. Həmçinin hadisədə günahı olanlar ölkə qanunvericiliyinə əsasən cəza almalıdır.
 
Sazişdə, eyni zamanda, 2017-ci il noyabrın 6-dan sonra həbs edilən bütün dini fəalların azad olunacağına və onlara qarşı cinayət işlərinin dayandırılacağına dair bənd də var.
 
Xatırladaq ki, hüquq mühafizə orqanlarının İslamabadda dini fəalların oturaq aksiyasını dağıtması nəticəsində baş verən toqquşmalarda hər iki tərəfdən 250 nəfərə qədər insan yaralanıb, 4 nəfər həlak olub. Paytaxta əlavə polis və ordu qüvvələri yeridilib.(azərtac) 
 

Google+ WhatsApp ok.ru