İslamafobiyaya aid yeni statistika açıqlandı

İslamafobiyaya aid yeni statistika açıqlandı

-- Qərb dövlətləri, Çin, Myanma və Avstraliyada yaşayan müsəlmanlar üçün...

İslam Əməkdaşlıq Təşkilatının nəzdindəki İslamafobiya Monitorinq Mərkəzi 2017-2018-ci illərin aprel ayları aralığında dünyada baş verən islamafobiya hadisələri barədə hesabatı açıqlayıb.
 
Maide.az "İQNA"ya istinadən xəbər verir ki, bu tip hadisələr daha çox Qərb dövlətləri, Çin, Myanma və Avstraliyada yaşayan müsəlmanlar üçün təhlükəli həddə çatıb.
 
Bundan başqa, qeyd edilən müddətdə ABŞ, Hindistan və Cənubi Koreyada müsəlmanlara qarşı 40 təhqir, 4 islam əleyhinə təbliğat, 3 dini xadimlərə təhqir, 5 hicablə qadına təcavüz, 7 cəmiyyət içində alçaltma hadisəsi yaşanıb.
 
Bu rəqəmlərin sadəcə mətbuatda yayımlananlar olduğu, əsl rəqəmlərin bundan daha çox olduğu bildirib.
 
Hesabat 5 mayda Banqladeşin paytaxtı Dəkkədə keçiriləcək 45-ci İƏT ölkələri xarici işlər nazirləri iclasında da təqdim ediləcək.
 

Google+ WhatsApp ok.ru