İslamafobyaya qarşı ABŞ-da bilbordlu kampaniya

ABŞ-ın San Dieqo şəhərində İslamafobyaya qarşı İslam mövzusunda maarifləndirici bilbord kampaniyası başlanılıb

Maide.az xəbər verir ki, ABŞ-ın San Dieqo şəhərində İslamafobyaya qarşı bilbordlu kampaniya başlayıb.
 
Şimali Amerika İslam Aləmi (ICNA) İslam və müsəlmanlarla bağlı yanlış məlumat və ya iddiaları aradan qaldırmaq və İslamafobyaya imkan verməmək üçün bildord aksiyası keçirib.
 
ICNA sədri Naeem Baig açıqlamasında, amerikalıların Həzrət Məhəmməd (s) haqqında çox maraqlı olduqlarını bildirib. Bilbord elanlarından bəri veb saytlarını ziyarət edənlərin və telefonla əlaqə saxlayanların sayında böyük artımlar olduğunu bildirən Baig, bu barədə çoxlu suallara cavab verdiklərini vurğulayıb.
 
ICNA sədr müavini Xalid Griggs də bilbord kampaniyasının San Dieqoda 3 ayrı yerdə müxtəlif mesajlarla həyata keçirildiyini deyib. Griggs kampaniyanın ölkə daxilində daha 100 bilborda asılacağını bildirib.
 
"Hz.Məhəmməd (s) sülhə, sosial ədalətə, qadın haqlarına inandı", "Həzrət Məhəmməd (s) hər zaman sevgi öyrətdi, nifrəti, zorakılığı yox" və "Allah üzünüzə və var-dövlətinizə görə hökm etməz" kimi bilbordların altında pulsuz "1-877-why-islam" telefon xətti və onlayn ünvan də yer alır.

Google+ WhatsApp ok.ru