İslam alimləri məddahlara xəbərdarlıq etdi

Artıq bir neçə gündən sonra matəmlə dolu məhərrəm ayına daxil oluruq. Bununla əlaqədar olaraq müctəhidlər Əhli-beyt məddahlarına müraciət ediblər.
 
Maide.az-ın məlumatına görə, İslam dünyasının tanınmış müctəhidləri Ayətullah Cavad Amili və Ayətullah Məkarim Şirazi məhərrəm ayında mərsiyəxanlıq və rövzəxanlıq edən məddahlara sənədsiz-sübutsuz söhbətlərdən uzaq durmalarını istəyiblər.
 
Ayətullah Cavad Amili məhərrəm ayında, xüsusilə, Aşura günündə imamlarla bağlı oxunan mərsiyyə və ilahilərdə sənədsiz tarixi hadisələrin bir daha deyilməməsini istəyib. Onun sözlərinə görə, bu xurafatlar imamların məqamını ucaltmır, əksinə onların şəninə xələl yetirir.
 
Ayətullah Məkarim Şirazi isə məhərəm ayında keçirilən əzalarda digər məzhəblərin müqəddəs olan atributların təhqir edilməməsini tələb edib.

Google+ WhatsApp ok.ru