İslam alimlərinə qarşı hücum pislənildi

İraqın Bəsrə şəhərində təşkil olunan silahlı hücumda üç sünnü alimin dünyasını dəyişməsinə görə Ayətullah Sistani bu iyrənc təcavüzün cinayətkarlarının tapılmasını istəyib.
 
Maide.az xəbər verir ki, mövzu ilə bağlı bəyanat verən Əl-Zubeyr Bələdiyyə Məclisi Təhlükəsizlik Komitəsinin sədri, "naməlum silahlı şəxslərin Bəsrə alimlərinə qarşı təşkil etdiyi hücumda təəssüf ki, üç İslam alimi həyatını itirib və bir neçə nəfər də yaralanıb" - deyilir.
 
İraq Baş nazirin ofisi tərəfindən verilən açıqlamada, baş nazir Abidinin Bəsrə polis rəisinə şəxsən zəng vuraraq, cinayətkarların tapılması üçün göstəriş verdiyi bildirilir. Bəyanatda həmçinin "Bəsrədə məğlubiyyətə uğrayan terror qrupları bu hücumla Bəsrədə fitnə alovunu yandırmaq istəyirlər", - deyə qeyd edilir.
 
İraq Sünnü Alimləri Cəmiyyəti tərəfindən yayımlanan bəyanatda isə, "Təcavüzün Bəsrənin rahatlığını pozmağa yönəlik olduğu aydındır. İraqlılar arasında təfriqə yaratmaq istəyənlərə qarşı ayıq olmalıyıq. Bu səbəbdən xalqımızı soyuqqanlı olmağa dəvət edirik" ifadələrinə yer verilib.

Google+ WhatsApp ok.ru