İslam alimləri İslam İnqilabını ilahi nemət adlandırdılar

İslam alimlərindən olan Ayətullah Cavadi Amuli, Ayətullah Məkarim Şirazi, Ayətullah Ələvi Gorgani, Ayətullah Cəfər Sübhani, Ayətullah Haşimi Şahrəvi və Ayətullah Nuri Həmədani İran İslam İnqilabının ildönümünə görə xalqın keçiriləcək tədbirlərə qoşulmasını Vilayəti fəqihə, inqilaba və İslama vəfa borcu kimi səciyyələndiriblər.
 
Ayətullah Məkarim Şirazi:
 
"Şəfəqdə On Gün fəaliyyətiylə başlayan bu mübarək zaman kəsiyini 22 Bəhmən yürüşü ilə zirvəyə çatdırın. İnsaflı bir baxışla İslam İnqilabının regiondakı siyasi tarazlıqları dəyişdiyini asanlıqla anlaya bilərik. İnqilabdan əvvəl Qərb ölkələri sahib olduğumuz zənginlikləri istədikləri kimi sömürürdü. Amma İslam İnqilabından sonra böyük bir mane ilə üzləşiblər".
 
Ayətullah Hüseyn Nuri Həmədani:
 
"İslam İnqilabını Mehdinin (əc) zühuru üçün hazırlıq fonu kimi görən bizlər, 22 Bəhmənə mənvi bir gözlə baxırıq. İslam İnqilabı dünyadakı bütün mustazaf müsəlmanların ümididir. Bu səbəbdən hər kəs İslam quruluşunu daha da gücləndirmək, düşmənin kin oxlarının hədəfə çatmasının qarşısını almaq, Vilayəti Fəqihə olan vəfa borcunu bütün dünyaya göstərmək üçün bu il təşkil olunacaq tədbirlərdə ötən illərə nisbətən daha böyük insan kütlələri iştirak etməlidir. 22 Bəhmən tədbirlərində iştirak etmək müsəlmanların izzət, şərəf, vəhdət və gücünün göstəricisidir. Qadın-kişi, gənc-yaşlı demədən hər kəs böyük bir şövq və istəklə bu tədbirlərə qatılmalıdır. Bu gün yaşadığımız çətin vəziyyətdə birlik və bərabərliyimizi qorumağın və düşmənə dağıdıcı gücümüzü göstərməyin yolu İslam İnqilabının ildönümü tədbirlərində iştirakdan keçir".
 
Ayətullah Cəfər Sübhani:
 
"22 Bəhmən "Həcc" surəsinin 41-ci ayəsinin təzahürlərindən biridir. Uca Rəbb bu gün müsəlman və təqva əhli insanları hər şeyi vermişdir. İslam İnqilabından əvvəl İslami bir mədrəsə təsis etmək çox çətin idi. Yorucu və əziyyətli bir iş idi. Halbuki bu gün Allah 22 Bəhmən 1357-cü ildən sonra ölkənin bütün imkanlarını alimlərin, mütəfəkkirlərin və təqvalı müsəlmanların nəzarətinə keçməsini istədi. Mərhum İmam Xomeyni İslam İnqilabını ilahi bir nemət olaraq qəbul edirdi. Hər nemət bir şükürü tələb edir. İnqilab nemətinin şükrü isə namaz, yaxşılığı əmr edib pislikdən çəkindirmək və sədəqədir. Əgər nemətə şükür vəzifəsini yerinə yetirməsək, bu ilahi nemət əlimizdən sürüşüb gedər".
 
Ayətullah Cavadi Amuli:
 
"22 Bəhmən tədbirlərində iştirak edərək İslam İnqilabını qoruyun. İslam düşmənlərinin sizlərin inqilabdan və İslamı təlimlərdən imtina etdiyiniz düşüncəsinə qapılmasına yol verməyin. Bu tədbirlərdə iştirak etmək hamımızın vəzifəsidir. Sadəcə qatılmaqla kifayətlənməyə, başqalarını da dəvət edək. Amma bunu heç vaxt unutmayın ki, bu inqilabi qoruyan başqa bir qüvvədir. Bizim vəzifəmiz ilahi göstərişlərə itaət etmək, şəhidlərin pak qanının borcunu ödəmək və o qanların uğrunda töküldüyü dəyərlərə sahib çıxmaqdır."
 
Ayətullah Ələvi Gorgani:
 
"Bu tarixi və əlamətdar gündə keçiriləcək tədbirlərə ən sıx şəkildə iştirak etmək lazımdır. İslama və inqilaba olan vəfa borcunuzu göstərməlisiniz. İslam İnqilabı bu gün dünya ölkələrində qüvvədə olan bütün qayda və qanunların ən üstünü və ən idealıdır. Bu səbəbdən bu bənzərsiz ilahi nemətin dəyərini bilin".
 
Ayətullah Haşimi Şahrəvi:
 
"Xalqımızı vəhdət və gücümüzün rəmzi olan 22 Bəhmən tədbirlərində iştirak etməyə dəvət edirəm. İnşallah bu il müsəlman xalqımız 22 Bəhmən tədbirlərinə şirkət edərək, hər zaman səhnədə olduqlarını və olacaqlarını, tətbiq olunan embarqo və planların heç bir məna ifadə etmədiyini dünyaya elan edəcəkdir. Hər ötən gün daha da şərəfli və ciddi bir halda yolumuza davam edəcəyik. Bu xalq yeni elm və qüdrət qalaları fəth edəcəkdir".

Google+ WhatsApp ok.ru