İslam Almaniyanın Aşağı Saksoniya vilayətində rəsmi din kimi tanındı

İslam dini Almaniyanın şimal qərbində yerləşən Aşağı Saksoniya vilayətində 2015-ci ilin yanvarın birindən rəsmi din kimi  tanınır.  
Maide.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, İslam dininin bu vilayətdə rəsmən tanınması səbəb olacaq vilayətdə yaşayan müsəlmanların dini hüquqları qanuni formada təmin olunsun. 
Aşağı Saksoniya vilayəti Almaniyanın dördüncü ən böyük vilayətidir. Bu vilayətdə 250 min nəfər müsəlmanın yaşadığı təxmin olunur. Vilayətdə  200-ə yaxın məscid var. 
Aşağı Saksoniya vilayətinin baş naziri İstifan Vil deyib ki, yerli hökumət müsəlmanların dini ehtiyaclarını təmin etmək məqsədi ilə yerli qanunlarda dəyişikliklər edəcək. Bununla bağlı artıq 2014-cü ilin sentyabr ayından işlər aparılır. 
Vilayətdə müsəlman məktəblilər, tələbələr və işçilər üçün Qurban və Qədir Xum bayramları rəsmi tətil günü kimi qeyd olunacaq.  Məktəb dərsliklərində dini təlimlər üçün şərait yaradılacaq. 
Vilayətdə həmçinin islami təlimlər əsasında qəbirstanlıq təsis olunacaq. 
Almaniyanın Müsəlmanların Ali Şurası müəssisəsi Aşağı Saksoniya vilayət rəhbərliyinə atdığı bu addımlara görə təşəkkürünü bildirib./
 
 

Google+ WhatsApp ok.ru