İslam bankçılığı ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflər paketi hazırlanır

Azərbaycanda İslam bankçılığı ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflər paketi hazırlanır.
 
Maide.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamentinin rəhbəri Behnam Qurbanzadə jurnalistlərə müsahibəsində bildirib.
 
B.Qurbanzadə qeyd edib ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, altı nazirlik və Mərkəzi Bank bununla bağlı təkliflərini verməli və müvafiq qanunvericilik paketi hazırlanmalıdır. “Biz daxili və beynəlxalq ekspertlərlə, İslam İnkişaf Bankının nümayəndələri ilə birgə həmin təkliflər paketi üzərində işləyirik. Ümid edirəm ki, paket gələn ilin birinci rübündə hazır olacaq. Mərkəzi Bankın məsləhəti ilə müvafiq sənəd hazırlanaraq gələn il Nazirlər Kabinetinə təqdim ediləcək. Bu təkliflər paketi gələcəkdə ABB və digər yerli bankların İslam bankçılığı ilə məşğul olmasına hesablanıb”,- deyə B.Qurbanzadə əlavə edib.

Google+ WhatsApp ok.ru