İslam dini getdikcə Çinli gənclərin böyük həvəslə seçdiyi dinə çevrilir

İslam dini Çin respublikasında ən məşhur din kimi gənclər tərəfindən böyük həvəslə seçilir. Dövlətin Ramazan ayı və oruc tutmaq qadağalarına baxmayaraq, çinli gənclər sürətlə İslam dinini qəbul etməkdə davam edirlər.
 
Maide.Az Rus mediasına istinadən xəbər verir ki, Çində beş tanınmış dinlərin içində gənclər arasında ən çox payı olan din İslam dinidir. Pekinin Jeneminsko Universtetinin araşdırmasına görə, ölkənin 30-yaşadək cavanlrının ən çox üz tutduğu din Islamdı. Onların sayı  22,4%-ə bərabərdir.
 
Ümumilikdə, Çinin əhalisnin təxminən 23,3 milyonu müsəlmandır. Bu da 1,8% ümumi əhalinin sayına bərabərdir. "Pew Research Center"-in məlumatına görə, 2030-cu ilə Çində İslam ardıcıllarının sayı təxminən 30 milyona yüksələcək.
 
Müqəddəs Ramazan ayında Çinin Kommunist Partiyasının oruc qadağası tətbiq edib. Qadağa Sincan vilayətində müəllimlər, tələbələr və dövlət qulluqçularına tətbiq edilir.
 
Müsəlmanlara məhdudiyyətlərə baxmayaraq, işdə, ibadət yerlərində çalışan insanların 60%-ı hesab edirlər ki, din azadlığına diqqət etmək lazımdır.
 
Əvvəllər 30 yaşadək olan insanların ən papulyar dini katolizim idi. Lakin 60 və ondan yuxarı yaşa malik olan insanlar isə Büdpərəstliyə üstünlük verirdilər.
 
Bazar ertəsi Çinin İstanbuldakı konsulu Türkiyəyə səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib. Səbəb isə İstanbulda keçiriləcək Uyğurlara dəstək tədbiridir.
 
Həmçinin, rəsmi Ankara Çinin ölkəsindəki səfirini çağıraraq, onunla müqəddəs Ramazan ayında Oruc tutmağın qadağan olunmasının yığışdırılmasını müzakirə edib./

Google+ WhatsApp ok.ru