İslam dünyasının ən qədim xəritəsi Şarcə sərgisində-FOTO

İslam dünyasının ən qədim xəritəsi Şarcə sərgisində-FOTO

-- Bu xəritədən dünyanın müxtəlif muzey və kitabxanalarında 20-ə qədər nüsxə vardır

İslam dünyasının ilk kamil xəritəsinin 200 il öncəyə aid olan qədim nüsxəsi BƏƏ-nin Şarcə şəhərinin 36-cı beynəlxalq kitab sərgisində nümayiş olunub.
 
Maide.Az "İqna"-a istinadən xəbər verir ki, bu qədim xəritə iki yüz il öncə, 1803-cü ildə, Osmanlı imperatoru 3-cü Sultan Səlimin zamanından İstambul şəhərində əl ilə yazılıb, daha sonra çap və nəşr edilib.
 
Xəritədə İslam dünyasının 24 ölkəsinin ərazisi havadan görünüş formatında, rəngli və 53x73 sm. ölçüsündə hazırlanıb. Çap edilmiş xəritə jurnalına coğrafiyaşünas Məhmud Rəuf Əfəndi coğrafiya elmi ilə bağlı 79 səhifəlik müqəddimə yazıb.
 
Bu xəritədən dünyanın müxtəlif muzey və kitabxanalarında 20-ə qədər nüsxə vardır və dünyanın ən nadir xəritə nüsxələrinən biri hesab edilir.
 

Google+ WhatsApp ok.ru