İslam dünyasının tanınımış alimləri: Ayətullah Nəmrin edamı Səud rejiminə baha başa gələcək

Son günlərdə Ərəbistanlı böyük şiə alim Ayətullah Şeyx Nəmr haqqında verilən haqsız edam cəzası İslam ölkələrində və beynəlxalq insan haqları təşkilatlarında geniş əks-səda oyandırıb. Ərəbistan mühakimə təşkilatı Şeyx Nəmrin həbs olunması üzərindən iki il keçdikdən sonra onu müxtəlif səbəblərlə günahlandıraraq edam cəzasına məruz qoyub. Ərəbistan prokurorluğu şiə alim Şeyx Nəmri terroristlərə kömək etmək, üsyana təşviq və qarşıdurma ilə günahlandırır. Hakim də eyni iddialara istinad edərək Şeyx Nəmrə edam cəzası verib.
 
Maide.az-ın məlumatına görə, İran, Livan, Bəhreyn və İraqda İslam aləminin tanınmış alimləri Şeyx Nəmrin edam cəzasına sərt reaksiya verib. Böyük alimlər əsassız edam cəzasını qınayıb və Ərəbistan səlahiyyətlilərinə qərarın tətbiq olunmaması üçün xəbərdarlıq edərək, Şeyx Nəmrin edamının Ərəbistana baha başa gələcəyini söyləyib.
 
Bəhreyndə də inqilabçı müxaliflər təşkil etdikləri etiraz hərəkətləriylə Səud rejimini bu mövzuda xəbərdar ediblər. Bəhreynli vətəndaş cəmiyyəti də Ərəbistan rejimindən Şeyx Nəmri azad etməsini istəyib və qərar tətbiq olunduğu təqdirdə, bunun məsulunun Səud rejiminin cinayətlərini örtbasdır edən Qərb dövlətlərinin olacağını vurğulayıb.
 
"Əl-Ahbar" qəzeti isə qərarın təxmin belə edilə bilməyəcək nəticər doğuracağını yazaraq, Ərəbistan rejiminin sonda dini bir liderlə əlaqədar siyasi məsələni mühakimə və hüquq qəlibinə tökərək, məzhəbi mövzu kimi göstərməyi bacardığını bildirirlər.
 
Ərəbistanda krallıq və tayfa təməllərinə söykənən anti-demokratik rejimin müxaliflərindən olan Fuad İbrahim bu mövzuda verdiyi açıqlamada, Ayətullah Nəmr haqqında qərarın mühakimə deyil, siyasi olduğunu, qərarı Ərəbistan mühakiməsi vermədiyini, Səud rejiminin Daxili İşlər Nazirliyi bu qərarı verdiyini deyir. "Əl-Məyadin" kanalına müsahibə verən ərəbistanlı müxalif Fuad İbrahim Ayətullah Nəmrin məhkəməsinin ictimai olmadığını və şəffaf şəkildə reallaşmadığını deyərək, məhkəmənin əsla ədalətli olmadığını, prokurorun bəzi əsassız ittihamlar irəli sürdüyünü və sonra Nəmrin həbs olunduğu vaxt ona atəş açan təhlükəsizlik qüvvələrinin əməkdaşlarını şahid kimi çağırdığını deyib. 
 
Ayətullah Nəmr haqqında verilən edam cəzası beynəlxalq təşkilatlardan da sərt reaksiyalar görüb. Beynəlxalq Əfv Təşkilatı Ərəbistan məhkəməsinin qərarını tənqid edərək, verilən qərarın sarsıdıcı olduğunu, qərarın ləğv edilməsinin vacibliyini deyib.
 
Ərəbistan daxilində də şiə alimə verilən edam cəzası ölkənin şərqində şiə müsəlmanların sıx yaşadığı bölgədə ciddi etirazlara səbəb olub. Avamiyə şəhərində hirsli kütlə etiraz aksiyaları keçirib. Hirsli xalq Səud rejimi əleyhinə şüarlar səsləndirib və Ayətullah Nəmrə verilən edam cəzasını, zalım rejimə qarşı çıxan müxaliflərdən intiqam almaq şəklində şərh ediblər. Etirazçılar həmçinin dünya ictimaiyyətindən Səud rejiminin qurduğu axmaq və saxta məhkəmələrin dayandırılmasını, Şeyx Nəmr və digər bütün siyasi məhbusların dərhal azad edilməsini, barələrindəki qərarların ləğv edilməsini istəyiblər. Şərqiyə bölgəsində xalqın etiraz aksiyaları rejimin bütün təzyiqlərinə baxmayaraq, ketdikcə daha da artır. Ərəbistanın şərqindəki Katif şəhərində də xalq və siyasi fəallar Ayətullah Nəmrə dəstək və zalım qərarı qınamaq üçün etiraz aksiyaları təşkil edir və Ayətullah Nəmr haqqındakı bu zülmü şiddətlə qınayır.

Google+ WhatsApp ok.ru