İslami Cihad hərəkatı Fələstin seçkilərində iştirak etməyəcək   

İslami Cihad hərəkatı Fələstin seçkilərində iştirak etməyəcək  

Fələstinin İslami Cihad hərəkatı dünən (9 fevral) axşam qarşıdakı Fələstin seçkilərinə qatılmayacağını açıqlayaraq bleə deyib: “Bu seçki Fələstin xalqının hüquqlarını görməməzlikdən gələn Oslo Sazişinin himayəsi altında olacaq”.  

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İslami Cihad hərəkatı tərəfindən verilən bəyanatda belə qeyd edilib: “Bazar ertəsi Misir Respublikasının himayəsi ilə Qahirədə keçirilən milli danışıqlarda iştirak etdik və hərəkat birliyin Oslo razılaşmalarından kənar aydın şəkildə təmin edilməsinə dair baxışlarını təqdim etdi.  

Biz İslami Cihad hərəkatında milli birlik üçün doğru təşəbbüsün milli sabitliyi gücləndirən və müqaviməti dəstəkləyən siyasi proqram haqqında razılaşmaya əsaslandığına inanırıq”.  

Fələstin Milli Dialoqu fevralın 8-i Misirin prezidenti Əbdül Fəttah Əs-Sisinin nəzarəti altında müxtəlif Fələstin qruplarının iştirakı ilə Qahirədə keçirilmişdi.  

İclasın məqsədi Fələstin qrupları arasındakı ayrılığa son qoymaq və uğurlu Fələstin seçkisi keçirmək idi.    

İki günlük toplantıya Fəth, HƏMAS və İslami Cihad da daxil olmaqla 14 Fələstin qrupu qatılmışdı.

Google+ WhatsApp ok.ru