İslami facebook layihəsi bağlandı

İslam dünyasının ilk sosial şəbəkə layihəsi kimi, 2012-ci ildə yaradılan Salam World bağlanıb.
 
Deyerler.Org Cumhuriyet-ə istinadən xəbər verir ki, artıq saytın adı da satışa çıxarılıb. Ən güclü İslam sosial şəbəkə olmaq iddiası ilə yaradılan Salam World yayım mərkəzi kimi İstanbulu seşmişdi.
 
Qısa zamanda Qahirə, Moskva, London, Dubay, Məkkə, Mədinə, Astana, Nyu York, Paris və Kuala Lumpur kimi paytaxtlarda da şöbələr açmağı planlaşdırılmışdı.
 
Ancaq sosial şəbəkə müsəlman dünyasında gözlənilən diqqəti özünə çəkə bilmədiyi üçün bağlandı.
 

Google+ WhatsApp ok.ru