İslami gözəl yazı sənəti ‘hüsnü-xətt’ dünyaya tanıdılacaq

İslami gözəl yazı sənəti ‘hüsnü-xətt’ dünyaya tanıdılacaq

Əsrlər boyu böyük xəttatların əl işi  və  heyranedici bir sənət olan "hüsnü-xətt"  dünyaya tanıdılacaq.
 
Maide.Az xəbər verir ki, Türkiyədə İslami gözəl yazı sənəti " hüsnü-xətt "in   bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanıtdırılması və   bu sənətlə bağlı beynəlxalq şüurun artırılması üçün təqdimat filmi hazırlanıb. 
 
İstanbulun Çamlıca məscidi ilə birlikdə tarixi yerlərindən görüntüləri özündə cəmləşdirən filmdə, Qurani-Kərim əlyazmaları, Xəttat Həsən Çələbi və Fuat Basar kimi şəxslərin əsərləri yer alıb. 
 
Film Türk və İngilis dillərində hazırlanıb və 10 dəqiqə davam edir. 
 
Film ‘hüsnü-xətt’in  bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınması üçün YUNESKO-a təqdim olunacaq.  

 

 

 

 

Google+ WhatsApp ok.ru