İslamçılardan Fazil Qəzənfəroğluna cavab

`Ola bilsin ki, o, gələcək çıxışlarında öz fikrinə redaktə edəcək`

Millət vəkili Fazil Mustafa açıqlamasında bildirib ki, "İŞİD-in konkret Azərbaycana qarşı müdaxiləsi və addımları müşahidə olunmadığına görə, onu terror təşkilatı elan etmək düzgün deyil".

FaktXəbər-in məlumatına görə, məsələ ilə əlaqədar Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov "XeberLent" saytına bildirib ki, hörmət bəslədiyi, ziyalı millət vəkili Fazil Qəzənfəroğlunun bu fikirlərindən təəsüflənir: "Çünki  bu həm məntiqdən, həm də etikadan kənar bir sözdür. Fazil bəyin dediyi sözlər lap bu atalara sözünü mənə xatırlatdı “daş məndən keçdi, qardaşıma dəydi.

Biz bu cür təfəkkürdən uzaq olmalıyıq, ən azından ona görə ki, bizim Qarabağ kimi dərdimiz var. Biz digər xalqların dərdinə şərik olub, onlarla həmdərd olmalıyıq. Bildiyiniz kimi, qarşıdan beynəlxalq Qüds günü gəlir. Biz hər zaman bu günü qeyd edirik.

Çünki  Fələstin xalqı da bizim kimi təcavüzə məruz qalıb. Əgər yanılmıramsa, Fazil bəy inanclı insandır. Hal-hazırda da biz mübarək Ramazan ayını yaşayırıq. Bu ayın fəlsəfələrindən biri də, miskin, köməksiz ac-suz insanları yad etməkdən ibarətdir.

Belə olan halda, inanclı bir insanın durub deməsi ki, "İŞİD-in konkret Azərbaycana qarşı müdaxiləsi və addımları müşahidə olunmadığına görə, onu terror təşkilatı elan etmək düzgün deyil" çox gülünc və qəbuledilməzdir. Bu cür çıxşları mən Fazil bəydən gözləməzdim, ola bilsin ki, o, gələcək çıxışlarında öz fikirlərinə redaktə edəcək”.

 

Google+ WhatsApp ok.ru