İslam ölkələrinin Səhiyyə nazirlərinin V iclası İstanbulda keçirləcək

İclas İSESCO-nun təşkilatçılığı ilə 17-19 noyabrda Türkiyənin İstanbul şəhərində keçiriləcək və İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Səhiyyə nazirləri bu toplantıda iştirak edəcəklər.
 
Maide.az xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada 2013-cü ildə keçirilən İslam ölkələrinin Səhiyyə nazirlərinin IV toplantısında qəbul edilən qərarlar və tövsiyyələr haqda hsebatının dinlənilməsi bu İclasın əsas mövzularından olacaq.
 
Habelə, İslam Əməkdaşlığı Təşkilatında səhiyyə sahəsində strateji fəaliyyət planının icrasına dair hesabata da bu konfransda baxılması nəzərdə tutulur.
 
İclasda, İslam Əməkdaşlığı Təşkilatında səhiyyə və sağlamlıq sahəsində strateji fəaliyyət planının icrası ilə bağlı QHT-lərin rolu araşdırılacaq.
 
İslam ölkələrinin Səhiyyə nazirlərinin ikillik toplantısı İslam cəmiyyətlərində prioritet sayılan səhiyyə və sağlamlıq məsələlərinin araşdırılması məqsədilə keçirilir və İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrdə səhiyyə və sağlamlığın vəziyyətini nəzərdən keçirir./

Google+ WhatsApp ok.ru