`İslam Ölkələri bir-birləri ilə sədaqətli əməkdaşlıq etməklə terrorizmi İslam Dünyasından uzaqlaşdıra bilirlər`- FOTO- YENİLƏNİB

Ali Rəhbər Ayətullah Xamenei Qazaxıstan prezidentini qəbul edib

 
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün günün ikinci yarısında Qazaxıstan prezidenti Nursultan Nəzərbayovu  qəbul edib.
 
Maide.az xəbər verir ki, Ayətullah Xamenei Qazaxıstan prezidenti ilə görüşdə iki ölkə arasında  müxtəlif sahələrdə, o cümlədən: iqtisadi, siyasi, beynəlxalq əməkdaşlıq və terrorizmlə mübarizədə əməkdaşlığın  artırılmasının zəruriliyini vurğulayıb. “Bəzi  güclər,  xüsusi ilə  Amerika  terrorizmlə  mübarizə  iddiasında sədaqətli deyil. Lakin İslam Ölkələri bir-birləri ilə sədaqətli  əməkdaşlıq etməklə  bu təhlükəni  İslam Dünyasından uzaqlaşdıra bilirlər.  Amerikalıların  İraqda İŞİD terrorçularına yardımı terrorizmlə mübarizə iddiasında olan müxtəlif koalisiyaların  qeyri-səmimi davaranışlarına nümunədir.  Onlar  öz ikili davranışlarını  yozaraq guya  terrorizmin iki növ - yaxşı  və pis olması ilə əlaqələndirirlər. Avropada terror hadisələrini törədənlərin Avropaya mənsubluğu və onların  Suriya, eləcə də İraqda terror qruplaşmasının tərkibinə daxil olması göstərir ki, Qərb ölkələri, xüsusən də Amerikalılar terrorizmlə mübarizədə ciddi deyildir”.
 
Ayətullah Xamenei bildirib ki, bu gün İslam dünyası islam adı altındında müsəlmanlara qarşı fəaliyyət göstərən terror qrupları təhlükəsi ilə üz-üzədir. Bəzi Qərb ölkələri də istəmirlər ki, müsəlman ölkələri  birləşərək həmrəy olsun.
 
Ayətullah Xamenei terrorizm  təhlükəsi və böyük güclərin bu problemə ikili yanaşması ilə mübarizə üçün  İslam ölkələri arasında ağıl və məntiqlə  əməkdaşlığın artırılmasının zəruriliyini vurğulayaraq bildirib ki, biz  müsəlman ölkələrini özümüzə qardaş hesab edirik və dünyadakı bir çox proseslərdə İran ilə Qazağıstanın mövqeyi eynidir. “ İki ölkə arasında  din, tarix və müştərək mədəniyyət, həmçinin əməkdaşlıq üçün geniş potensial mövcuddur, lakin  ölkələrimiz arasında ticari və iqtisadi əlaəqlərimiz çox aşağıır. Biz  müxtəlif sahələrdə, o cümlədən: siyasi, iqtisadi, ticari, nəqliyyat, yük daşımaları və Xəzərin hüquqi statusu məsələsində də müştərək əməkdaşlığı  artırmağı alqışlayırıq.”/
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru