`İslam ölkələri  düşmənlərin istəyinin əksi olaraq bir-birini gücləndirməlidir`-FOTO

`İslam ölkələri düşmənlərin istəyinin əksi olaraq bir-birini gücləndirməlidir`-FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün  İndoneziya Respublikasının Prezidenti Coko Vidodonu qəbul edib. 
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei İran və İndoneziya arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu və iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin artırılmasının zəruriliyini vurğulayıb. “İslam Respublikası  İndoneziyanın bir müsəlman və əhalisi çox olan ölkə kimi inkişafını və izzətini İslam ümmətinin  izzəti və fəxri hesab edir.  İslam Respublikası İndoneziyanı qardaş və əməkdaşlıq üçün geniş potensialı olan bir ölkə kimi görür. İran İslam Respublikasında da müxtəlif iqtisadi sahələrdə, mədən və yeraltı sərvətlər sahəsində geniş potensial mövcuddur. Düşünürük  İslam ölkələri  düşmənlərin istəyinin əksi olaraq bir-birini gücləndirməli və ixtilaflardan çəkinməlidirlər”. 
 
Ayətullah Xamenei İran və İndoneziya arasında ticarət dövriyyəsinin aşağı olmasını tənqid edib və deyib ki, müəyyən zaman çərçivəsində iki ölkənin ticarət dövriyyəsi 20 milyard dollar səviyyəsinə qədər artırılmalıdır. “Çalışılmalıdır ki, əldə olunan razılıqlar icra olunsun. Əlbəttə bu əməkdaşlıqların artırılmasını istəməyənlər də var, lakin biz güclü iradə və ciddiyyətlə onlara qələbə qazanmalıyıq. İran və İndoneziya alimləri arasında əməkdaşlığın qurulması da bəyəniləndir və iki ölkənin davamlı əməkdaşlığın formalaşmasına zəmin yaradacaq”.
 
Ayətullah Xamenei görüşdə həmçinin Qərbi Asiya bölgəsində baş verən qarşıdurmalara toxunub və deyib ki, bölgədəki qarşıdurmalar regiondan kənar qüvvələrin çirkli planları və məqsədləri əsasında bölgə xalqlarını təhmil olunub. “Bu böhranların çoxu regionun ən ağır  böhranı və İslam dünyasının əsas problemi – yəni Fələstini unutdurmaq məqsədi ilə yaradılıb. Fələstinin unudulmasına icazə verilməməlidir”.
 
Ayətullah Xamenei deyib ki, bu gün İran və İndoneziyanın siyasi mövqeyi beynəlxalq aləmdə bir-birinə yaxındır.  
 
Ali Rəhbər görüşün sonunda İndoneziyada baş verən son zəlzələ qurbanları üçün Allahdan bağışlanmaq və zəlzələ qurbanlarının ailələri və İndoneziya xalqı üçün səbr diləyib.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru