`İslam Ümmətinin böyük problemləri dünyanın zalım qüvvələrinin fitnələridir`

Ali Lider Ayətullah Seyyid Əli Xamenei Ərəfə günündə hacılara ünvanladığı  müraciətdə İslam Ümmətinin böyük problemlərini dünyanın zalım qüvvələrinin fitnələri adlandırıb və həmin problemlərin həlli üçün  düşünməyin vacibliyini vurğulayıb.
Maide.az xəbər verir ki,  dünya müsəlmanlarının Vəliyyi Əmri  Ayətullah Xamenei Vəliyyi Fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi və iranlı hacıların başçısı höccətulislam Seyid Əli Qazi Əsgər tərəfindən qiraət olunan Böyük Həcc Konqresi münasibətilə olan müraciətində bildirib:
         "Bismillahir-rəhmanir-rəhim. Bu gün bir tərəfdən, müharibə, qan axıdılması və dağıntı mənbəyi olan Amerikanın şər siyasətləri, digər tərəfdən də Fələstin ölkəsində qəsbkarlıq rəftarını fəlakətin ən yüksək dərəcəsinə çatdırmış sionist rejimin cinayətləri bütün müsəlmanların öncül məsələsidir və onun barəsində düşünməli və onunla bağlı qarşısında öz islami vəzifəmizi tanımalıyıq.
Din alimləri, siyasi və mədəni elita daha ağır vəzifəyə malikdirlər ki, təəssüflə, bir qayda olaraq, onlar bu barədə qəflətə qapılıblar. Din alimləri məzhəbi ixtilaflar alovunu qızışdırmaq yerinə, siyasilər düşmən qarşısında zəiflik göstərmək əvəzinə və mədəni elita kənar məsələlər ilə başını qarışdırmaq yerinə, İslam Dünyasının böyük dərdini tanımalı, yerinə yetirmək məsuliyyəti daşıdıqları ilahi ədalət qarşısında öz vəzifələrini qəbul etməli və onun öhdəsindən gəlməlidirlər.
Regionda, İraq, Şam, Yəmən və Bəhreyndə, həmçinin Qərb sahilində, Qəzzədə, bəzi digər Asiya və Afrika ölkələrindəki gözyaşardıcı hadisələr İslam Ümmətinin böyük problemləridir və onda dünyanın zalım qüvvələrinin izlərini görmək və onun çarəsini tapmaq gərəkdir.
Xalqlar onu öz dövlətlərindən istəməlidirlər və dövlətlər öz ağır məsuliyyətlərinə sadiq qalmalıdırlar; həcc və onun əzəmətli toplantısı bu tarixi borcun zühuru və mübadiləsi üçün ən üstün məkandır. Dünyanın müxtəlif yerlərindən gəlmiş hacıların iştirakı ilə Müşriklərdən Bəraət  proqramı bu əhatəli mərasimin ən bariz siyasi mərasimlərindən biridir." /
 
 

Google+ WhatsApp ok.ru