İslam ümmətinin izzəti Qurana əməl etməkdən keçir - Ayətullah Xamenei - FOTO

İslam ümmətinin izzəti Qurana əməl etməkdən keçir - Ayətullah Xamenei - FOTO

-- Əgər bu baş verərsə, qərbin hücumları nəticəsiz qalar

XXXV Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları bu gün səhər  Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə görüşüb. 
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, İmam Xomeyni (rə) adına hüseyniyyədə baş tutan görüşdə  müsabiqəsinin  seçilmiş qariləri Ali Rəhbərin hüzurunda Quran tilavət edib. 
 
Görüşdə çıxış edən Ayətullah Xamenei İslam ümmətinin əsas probleminin məhz Qurandan uzaq düşməsi əlaqələndirib. 
 
“İslam ümmətinin  səadət və inkişafı üçün yeganə yol Qurana əməl etməkdən keçir. Bu isə əslində  «həblillah» - Allahın ipindən yapışmaqdır ki, insanların həyatında  mühüm rol oynayır. Belə ki, Quran müsəlmanları zillətə və uçruma düşməkdən, həmçinin  fərdi, ictimai və siyasi həyatlarında yollarını azmaqdan qoruyur.” 
 
Ayətullah Xamenei bildirib ki, Qurandan ayrı düşmək, ona diqqət göstərməmək tənəzzülə səbəb olur. “Təssüflər olsun ki, bu gün  İslam ölkələri Qurana əməl etmədkiləri üçün  geridə qalır ki, nəticədə kafirlər onların üzərində hökmranlıq edir. İslam ölkələri Qurandan uzaq düşdükləri üçün  “zillət xəstəliyinə” tutulublar.  ABŞ prezidentinin həyasızcasına  “Əgər biz olmasaq, bəzi ərəb ölkələri bir həftə belə davam gətirə bilməyəcəklər“ deməsi elə bu  xəstəliyin nəticəsidir.”
 
Ayətullah Xamenei deyib  ki, Quran möminlərə kafirlər və zalimlərin qarşısında  möhkəm səd kimi durmalarını əmr edir. Belə olmadıqda  zillət, geridə qalma, korrupsiya və müharibələr artacaq.
 
Ayətullah Xamenei Quranın möminlərə bir-birləri ilə vəhdət yaratmaq, vilayət bağları qurmaq və kafir cəbhəsi ilə əlaqədə olmamağı bildirir.  “Lakin təssüflər olsun ki, bu gün  bəzi İslam ölkələri  sionist rejimlə  əlaqələr qurur ki, buda Quran qanunlarının pozulmasıdır.  Nəticədə regionda  müharibə və cinayətlər  törədilir. Yəməndə, Əfqanıstanda, Pakistanda və Suriyada baş verən müsibətlərin səbəbi də  məhz budur.” 
 
Ali Rəhbər Qurana əməl etməyin izzət gətirdiyini vurğulayıb “İran İslam Respublikası 40 ildir  hegemonların qarşısında durub. Düşmənlər bu sistemi məhv etmək istəsə də, İslam Respublikası  inkişaf edir, gücünü artırır.”
 
Qurana əməl etməyin müqəddiməsinin hifz və tilavətindən başladığını vurğulayan Ayətullah Xamenei bildirib ki, əgər buna  düzgün  əməl olunarsa  növbəti mərhələdə Quranı dərk etmək ona əməl etmək gəlir. “Sadalananlar baş verərsə,  İslam ümmətinin gələcəyi bugünkündən daha izzətli olar, qərbin hücumları  nəticəsiz qalar.  Odur ki, gənclərə Quranı öyrənməyi , dərk etməyi və əməl etməyi tövsiyyə edirəm.” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru