İslam üçün ən böyük təbliğ

Əziz Peyğəmbərin (s) şəxsiyyətinin cəhətlərini heç bir insan kamil şəkildə bəyan etməyə və o həzrətin şəxsiyyətindən həqiqətə yaxın təsvir yaratmağa qadir deyil. Aləmlərin Rəbinin seçdiyi insan və tarixin bütün peyğəmbərlərinin sərvəri haqda bizim bildiyimiz o həzrətin mənəvi, daxili və həqiqi varlığının kölgəsi və ümumi təsəvvürüdür. Amma müsəlmanlar üçün əvvəla onların kamala doğru hərəkətini təmin edən və onların gözü qarşısında insaniyyət zirvəsini və bəşər təkamülünün ən uca nöqtəsini göstərmək, ikincisi isə onları İslam birliyinə və o mərkəz ətrafında toplaşmağa həvəsləndirmək üçün bu qədər tanışlıq da kifayətdir.
İslam üçün ən böyük təbliğ bəlkə də İslam Peyğəmbərinin (s) simasını dünyanın görənləri və axtaranları üçün işıqlandırmamızdır. Çox yaxşı olar ki, düşmənlər və müxaliflər özlərinin mürəkkəb mədəni və sənət üsulları ilə dünyanın xəbərsiz insanlarının zehinlərində o həzrətin simasını pis göstərməzdən öncə sənətkar, məlumatlı və dünyadakı müxtəlif üsulları bilən müsəlmanlar o əzəmətli və hörmətli şəxsiyyətə dair sözlə, təbliğatla və izahla elm, mədəniyyət, incəsənət və təbliğat işləri görsünlər. Biz əziz Peyğəmbərin (s) şəxsiyyətini tanıtdırmaq üçün işləməliyik, o həzrətin şəxsiyyətini, təkcə onun həyatını yox, vücudunun müxtəlif cəhətlərini, misal üçün xarakterlərini, hakimiyyət tərzini, xalqla rəftarını, ibadətini, siyasətini, cihadını və xüsusi təlimlərini araşdırmalıyıq. Yalnız kitab da yazmamalıyıq, yeni üsullarla və mövcud texnikalardan istifadə etməklə incəsənət və təbliğat işi başlamalıyıq və bunu təkcə İslam Respublikasında yox, İslam dünyasının hər tərəfində etməliyik.
 
Ali Lider, Ayətullah Seyyid Əli Xamenei /
 

Google+ WhatsApp ok.ru