İslam İnkişaf Bankı Azərbaycanda kənd yerlərinin kompleks inkişafına dəstək verir

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov İslam İnkişaf Bankının nümayəndələri ilə görüşüb.
 
Nazirlikdən Maide.az-a verilən məlumata görə, görüşün məqsədi “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi”nin icrası ilə bağlı müzakirələrin aparılması olub.
 
H. Əsədov İslam İnkişaf Bankı ilə əlaqələri yüksək qiymətləndirərək bu layihənin ölkəmizdə həyata keçirilməsinə önəm verdiyini nəzərə çatdırıb. Görüşdə hər bir komponent ayrı-ayrılıqda müzakirə olunub, ümumilikdə layihənin fəaliyyətinin optimallaşdırılması üzrə nazir öz məsləhət və tövsiyələrini verib.
 
İslam İnkişaf Bankının nəzarət missiyanın rəhbəri Bahodir Mirzayev verilən səmərəli təklifləri təqdirəlayiq hesab edərək onların layihə fəaliyyətində nəzərə alınmasını məqsədəmüvafiq hesab edib.

Google+ WhatsApp ok.ru