İslam İnqilabından sonra İranın nail olduğu ‘ilk’-lər

İslam İnqilabından sonra İranın nail olduğu ‘ilk’-lər

Bu il İran İslam İnqilabının 40 ili tamam olur. Bu 40 il ərzində sanksiyalara, təzyiqlərə və müharibəyə məruz qalan İranda hansı yeniliklər olub?
 
Maide.az İİR-in Azərbaycandakı səfirliyinin bu barədə təqdim etdiyi materialı ixtisarla dərc edir:
 
1. İran tarixində ilk süni peyk
 
İlk dəfə olaraq İran İslam İnqilabından sonra kosmik fəzaya çıxmağa müvəffəq oldu. İran dünyada 9-cu ölkə olaraq 2005-ci ildə öz tarixində ilk dəfə Yerin orbitinə süni peyk çıxardı. Ancaq bu süni peyk xaricilərin iştirakı ilə yaradılmışdı. İran bir neçə aydan sonra tamamilə yerli istehsal olan süni peykin yaradılması prosesinə başladı və nəhayət, 03 fevral 2009-cu il  tarixdə İslam İnqilabının 30-cu ildönümündə tamamilə İran istehsal olan “Ümid” süni peykini kosmik fəzaya göndərdi. 
 
2. İranda laboratoriya üsulu ilə ilk uşağın dünyaya gəlməsi 
İVF hamilə qalmağın metodlarından biridir. Hamilə qalmaq üzrə problem olduğu bəzi şəraitlərdə yumurtanı ana bətnindən kənarda ana bətni kimi yaradılmış süni şəraitdə 2-6 gün  saxlamaq, sonra isə onu  ananın bədəninə köçürmək olar. İranda ilk dəfə 1988-ci ildə doktor Əbu Taleb Saremi İVF barəsində öz tədqiqatını nəşr etdi. İki il sonra 1990-cı ildə Yəzd şəhərində belə laboratoriya üsulu ilə ilk uşaq dünyaya gəldi. Bir il sonra isə Tehranda bir cüt ekiz uşaq bu metodla dünyaya göz açdı.    
 
3. Qərbi Asiyada genetik üsulla ilk klonlaşdırma
İran alimləri 2006-cı ildə Qərbi Asiyada ilk dəfə olaraq klonlaşdırılmış ilk məməli heyvan dünyaya gətirməyə müvəffəq oldular. 
 
4. Dünyada ilk dəfə onurğa beyni zədəsinin müalicəsi
İran 2000-ci ildən bu sahədə praktik layihəyə başladı. İlk sınaqlar heyvanlar üzərində aparıldı və nəhayətdə İran 2006-cı ildə bu xüsusi üsuldan onurğa beyni zədəsinin bərpası məqsədilə istifadə edilməsini xəstələr üzərində sınaqdan keçirməyə müvəffəq qoldu. Çin və Rusiya kimi ölkələr 2000-ci illərdə oxşar metodlardan istifadə etməyə nail oldular. Yaponiyada isə oxşar texnologiyalar hələ də heyvanlar üzərində sınaq mərhələsindədir. 
 
5.   Raketlər sahəsində regionda və İslam dünyasında ən  güclü
İnqilabdan sonra Həsən Tehrani Moqəddəmin səyləri ilə İran ilk dəfəolaraq raket istehsal edən ölkələr sırasına qoşuldu. Dünyanın 5 ən qüdrətli raket dövlətləri Rusiya. Amerika, Çin, Fransa və İngiltərədir. Dünyanın elə bir nötəsi yoxdur ki, bu ölkələrin raketlərinin təsir dairəsindən kənarda qalsın. İran 2015-ci ildə ilk dəfə olaraq öz ballistik raketini sınqdan çıxardı. Qeyd etmək lazımdır ki, “Emad” adlı uçuş radiusu 2500 km olan bu raket hədəfə çatana qədər uzaqdan idarə olunan sistemə malikdir və Rusiyadan Avropanın şərqinə, Çinin qərbi, Hindistanın böyük bir hissəsi və Afrika qitəsinin şimal-şərqinə qədər geniş bir ərazini asanlıqla hədəfə ala bilər. 
 
6.   Sualtı qayıqlar sahəsində regionda və İslam dünyasında ən  güclü
İran ilk dəfə sualtı qayıq yaratmağa müvəffəq oldu. “Qədir” klasından olan bu sualtı qayıq 2006-cı ildə iranlı mütəxəssislər tərəfindən yaradıldı və xüsusi olaraq Fars körfəzində və Oman dənizində əməliyyat aparmaq üçün düşünülmüşdü. Hazırda İran sualtı qayıqların sayı və su səthinin altından hücuna keçmək qabiliyyəti baxımından regionun və İslam dünyasının ən qüdrətli ölkəsidir. Dünyada isə İran Şimali Koreya, Çin, Amerika və Rusiyadan sonra 5-ci  yerdədir.
 
7. İranın ilk qırıcı təyyarəsi
Tamamilə yerli olan qırıcı təyyarənin sənaye üsulu ilə istehsalı isə çox mürəkkəbbir işdir, belə ki, ölkələr onu asanlıqla əldə edə bilmirlər. Ancaq İran nəhayət 2018-ci ilin iyul ayında müxtəlif nümunələr üzərində çoxlu məşqlərdən sonra əməliyyat qabiliyyətli qırıcı təyyarə yaratmağa nail oldu. Bu qırıcı “Kousər” adlandırıldı. İki modeldə: bir kabinəli və iki kabinəli istehsal olunur, təlim məqsədləri ilə də istifadə edilə bilər. Tam rəqəmsal texnologiyalara əsaslanan yeni atəş idarəetmə sistemi və çox məqsədli radarla təchiz edilmişdir və öz parametrləri ilə İranı azsaylı qırıcı təyyarələr istehsal edən ölkələr klubuna üzv etmişdir. 
 
8.   İlk İran torpedosu
İran öz tarixində ilk dəfə 1385-ci ildə “Hut” adı ilə ağır sualtı torpedo yaratmağa müvəffəq oldu. İranlı mühəndislər bu torpedonu elə düzəltdilər ki, suyun altında hərəkət edərkən öz ətrafında su qabarcıqları yaradır, sanki havada hərəkət edir. Nəticədə “Hut” torpedosu suyun altında dünyadakı digər torpedolardan dörd qat artıq sürətlə hərəkət edir və bu üzdən dünyada ən sürətli torpedo hesab olunur. 
 
9.   İranda ilk uran mədəni
Ölkə boyu uran yataqlarının axtarışı nəhayət gözəl nəticə verdi. 1989-cu ildə elan edildi ki, Yəzdin Sağənd rayonunda 3 min ton uran ehtihatı olan yataq kəşf edilmişdir. 1994-cü ildə Sağənd rayonunda layihələndirmə və kəşfiyyat işlərinə başlandı və nəhayət, 1388-ci ildə mədən istifadəyə verildi. Bu, İranda istifadəyə verilən ilk uran filizi mədəni idi. O zamandan İranın daha öz ehtiyaclarını ödəmək üçün xaricdən uran yanacağı idxal eləməsinə ehtiyac qalmadı. 
 
10. Dünyada elmin inkişafı üzrə lider
2 may 2018-ci il tarixdə İsrailin “Haarets” qəzeti Netanyahunun İranın atom sahəsindəki rəqabətdə ölkəsini qabaqlamasını arzu etmədiyini vurğulayaraq,  bildirmişdi: “Lakin İran elm sahəsində İsraili qabaqlayaraq çox irəli getmişdir. Keçən iki onillik ərzində İran elm sahəsində böyük dövlətə çevrilmək üçün çox səy göstərmişdir və hazırda İsraili çox-çox geridə qoymuşdur”. Bu məlumata görə, ondan qabaqkı illərdə işğalçı Qüds rejimi regionda elm sahəsində lider ölkə idi, ancaq hazırda ilk dəfədir ki, İran bu sahədə regionun ən qabaqcıl ölkəsinə çevrilmişdir. Dünya miqyasında da ilk dəfə olaraq İran 1995-cü ildən bugünədək elmi inkişafın həcminə görə  dünyada birinci yerə çıxmışdır. 
Hazırda İranda elmin inkişafı dərəcəsi dünya üzrə ora göstəricidən 11 dəfə artıqdır.
 
11. Canlı varlığın ilk dəfə kosmik fəzaya göndrilməsi
İran Amerika, Rusiya, Fransa. Çin və Yaponiyadan sonra altıncı ölkə oldu ki, bir siçan, iki tısbağa və bir neçə qurdu kosmik gəmiyə mindirərək 03 fevral 2009-cu ildə kosmik fəzaya göndərdi və canlı halda yenidən yerə qaytara bildi. 
 
11. Qazla işləyən ilk avtomobillər
İranın tarixində ilk dəfə İran avtomobillərinin mühərriklərinin qazla işləmə rejiminə keşirilməsi 1991-ci ildən geniş vüsət aldı və təbi qaz yanacağı satışı üzrə ilk məntəqə 1995-ci ildə təsis olundu. O zamandan başlayaraq İran öz tarixindəilk dəfə olaraq qazla işləyən mühərriklərdən geniş istifadəyə başladı. Nəticədə 2001-ci ildə İranda 2 milyon 860 min qazla işləyən avtomobil vardı ki, buhuhla iran bu baxımdan dünyada birinci yeri tutdu. 
 
12. Robot texnikası sahəsində ilk nailiyyət
İrana isə robot sahəsində biliklər ilk dəfə inqilabdan sonra gəlib çatdı. Robot texnikası sahəsində mühəndislik ilk dəfə 2002-ci ildə təsis edildi. Bu günədək İranda “robocup” yarışları dünya səviyyəli yarışlarda iştirak etmək üçün iranlı robot komandalarını gücləndirmək məqsədilə İranda keçirilən “robocup” yarışlarının 13 mərhələsi baş tutubdur.  2017-ci ildə iştirak edən komandaların sayı 80-dan 478-ə çatmışdır. Qəzvin Azad Universiteti Robot texnologiyaları sahəsində irəlidə gedir.Bu universitet dünya üzrə robot yarışlarında  aşağıdakı uğurlara imza atmışdır:  2012-ci ildə Meksikada “İmdadgər” robotu 1-ci yeri, 2013-cü ildə dünyanı simulyasiya edən robot 1-ci yeri və2014-cü ildə Braziliyada keçirilmiş belə yarışlarda yenə simulyasiya edən robot 1-ci yeri tutmuşdur. 
 
13.    Nanotexnologiyalar 
Nano biliklər sahəsində ilk layihə 1991-ci ildə Amerikada molekulyar maşınlar sahəsində yazıldı. Bu tarixdən düz 10 il sonra 5-6 mart 2012-ci ildə Tehranda nanotexnologiyalar üzrə ilk milli forum keçirildi ki, bu forum ölkənin bu sahəyə diqqət ayırmasının rəsmi başlanğıcı oldu. 2003-cü ildə nanotexnologiyalar üzrə xüsusi qərargah yaradıldı və ilk dəfə olaraq ölkədə nanotexnologiyalar üzrə biliklər yarandı. O zamandan 2017-ci ilədək İran nano sahəsində həyata keçirilmiş tədqiqatlar üzrə dünyada 4-cü və İslam dqnyasında 1-ci yerə çıxmışdır. Bu, ölkənin müxtəlif dövrlər ərzində ən yüksək elmi rütbəyə çatdığı ilk nümunə idi. 
 
14. Ölkənin ilk elektromobili
Elektromobil avtomobili hərəkətə gətirmək üçün daxili yanma mühərrikinin əvəzinə elektrik batareyasından istifadə edilən avtomobildir. İlk elektromobiliin istehsalının tarixi 19-cu  əsrə gedib çıxır. 2008-ci ildən dünyada batareya texnologiyalarının inkişafı və parnik qazlarının artımından irəli gələn narahatlıq sənaye miqyasında dünya səviyyəsində elektromobillər istehsalına başlandı. İranda ilk dəfə olaraq 2014-cü ildə ilk mərhələdə ikili funksiyalı yəni həm qaz, həm də benzinlə işləyən avtomobil in açılışı oldu. Tam elektrik enrjisi ilə işləyən avtomobilin istehsalı isə  2017-cı ildə nümayiş etdirildi. Bu, həm ölkənin avtomobil  sənayesinin, həm də elektromobil istehsalı ilə bağlı texnologiyalar sahəsində nəhəng bir addım hesab olunur. 
 
15. Milli istehsal olan ilk qırıcı vertolyot
İlk model 2010-cu ildə yaradıldı və nəhayət 2012-ci ilin qışında “Tufan 2” adı ilə əsas model nümayiş etdirildi. “Tufan 2” vertolyotu “Kobra”-nın imkanlarından əlavə, yeni texniki xüsusiyyətlərə də malik idi ki, bu, onu daha üstün döyüş vasıtəsinə çevirmişdi. Belə ki, üst ekran, infraqırmızı durbin, qabaqcıl atəş sistemləri və bir çox xırda texniki məsələlər “Tufan 2” vertolyotunu düşmən üçün ölümsaçan bir təhdidə çevirmişdi. Bu, İran tarixində ilk dəfədir ki, yerli mütəxəssislər tamamilə yerli bir qırıcı vertolyot layihələndirərək  istehsal etmişlər.
 
16. İlk İran lokomotivi
İlkin araşdırmalardan sonra  2008-ci ilin noyabr ayından Əlborz vilayətində 16 ha –lıq bir ərazidə zavod tikilməsinə başlandı. Sınaq məqsədli istehsal 2011-ci ilin iyun ayında baş tutdu.vənəhayət, 2012-ci ilin fevral ayında yəni İrana ilk qatarın  gəlməsindən 130 il sonra ilk yerli lokomotiv istehsal xətti ildə 600 mühərrik istehsal gücü ilə işə salındı. Bundan qabaq dünyada olan 195 ölkədən yalnız 39-u lokomotiv istehsal etməyə qadir idilər ki, əsas istehsal gücü Amerika,Almaniya, İngiltərə, Fransa, Polşa,İtaliya, Kanada və İspaniyanın əlində cəmlənmişdi. Lakin hazırda İran da öz tarixind ilk dəfə olaraq qatar mühərriki və lokomotiv istehsal edən ölkəyə çevrilmişdir.
 
17.   İlk İran radarı
Dünyanın yalnız 11 ölkəsi avropa Birliyi ilə yanaşı hərbi və qeri-hərbi radarlara malikdirlər.  İnqilabdan sonra iranlı mütəxəssislər 1998-ci ildə ilk yerli istehsal olan radarı yaratdılar və beləliklə də İran azsaylı radar istehsal edən ölkələrin sırasına qoşuldu. Bu radarın fəaliyyət radiusu 450 km idi. Bundan sonra iranlı alimlər hava sərnişin tipli radardan tutmuş hava hücumundan müdafiə və hətta kosmik obyektlərinin müəyyənləşdirilməsinə qədər 40 növ müxtəlif radarlar istehsal etmişlər. Hətta ağıllı qanadlı raketləri tanımağa qadir olan üçölçülü İran radarı da 27 noyabr 2013-cü ildə hərbi dəniz qüvvləri tərəfindən yaradıldı. 31 oktyabr 2013-cü ildə Şərif universitetinin alimləri dünyanın radar layihələndirici və istehsal edən şirkətləri ilə elmi mübadilə məqsədilə radar sahəsində Orta Şərqdə ən böyük beynəlxalq seminar təşkil etmişdir. Və nəhayət, 06 noyabr 2016-cı ildə SAR adlı dünyanın ən qabaqcəıl radarlarını kəşfiyyat və kartoqrafiya məqsədləri üçün istehsal etdi. Elə bir radar ki, onun haqqında bir atalar sözü də vardır, deyirlər: “Adamın səhradakı ayaq izlərini də tanıla bilir”.
 

Google+ WhatsApp ok.ru