İslam İnqilabının 38-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul - FOTO

İslam İnqilabının 38-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul - FOTO

Fevralın 9-da İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – "İslam İnqilabının 38-ci ildönümü" münasibətilə rəsmi qəbul təşkil edib.
 
Maide.Az xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.
 
Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 38 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurlar əldə edildiyini vurğulayıb. 
 
O deyib ki, İran və Azərbaycan arasındakı əlaqələri yüksələn xətlə inkişaf edir, son üç ildə ölkə rəhbərlərinin 7 dəfə görüşü iki tərəfli əlaqələrin inkişafı ilə bağlı onlarla sənədin imzası hər iki ölkənin əlaqələrin inkişafında maraqlı olduğunun göstəricisidir. 
 
C.Cahangirzadə deyib ki, mövcud əlaqələrin daha da genişləndirilməsi ölkələrimizin qarşıya qoyduğu əsas məqsədlərdəndir. 
 
İqtisadiyyat naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan höküməti adından təbrik edib.
 
O bildirib ki, Azərbaycan-İran arasında tarixi və mənəvi bağlılıq, əlaqələrin inkişafı üçün yaxşı şərait yaradır.  
 
Nazir deyib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir. "Azərbaycan və İran arasında əlaqələrin inkişafı üçün çox yaxşı hüquqi baza mövcuddur".
 
O əlaqələrin cari vəziyyəti haqqında danışaraq qeyd etdi ki, iki ölkənin müştərək komissiyasının Bakıda və Naxçıvanda keçirilən son iclasında əlaqələrin inkişafı üçün yaxşı qərarlar qəbul edilib. 
 
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak edib. /
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru