İslam İnqilabının Rəhbəri korrupsiya ilə qətiyyətli mübarizənin vacibliyini vurğulayıb

Maide.az xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullahülüzma Seyid Əli Xamenei İranın vitse-prezidenti İshaq Cahangirinin "Korrupsiya ilə mübarizə və düzgün idarəçiliyin möhkəmləndirilməsi milli konfransının keçirilməsi" barəsindəki məktubuna cavabda bildirib: "Mənim gözləntim budur ki, seminarın keçirilib-keçirilməməsindən asılı olmayaraq, korrupsiyaya qarşı mübarizədə qətiyyətli və praktiki qərarlar çıxarmalı və icra etməlidirlər. Rəsmilər arasında mövcud olan həmrəylik və ahəngdarlıq baxımından münasib və ümidverici şəraiti nəzərə alaraq, korrupsiya ilə mübarizədə qətiyyətli və əsaslı addım atılmalıdır ki, hamı nəticəsini hiss ediləcək şəkildə müşahidə etsin."

Google+ WhatsApp ok.ru