İslamofobiyaya Nəzarət Şurası Myanmardakı soyqırımı məhkum etdi

İslamofobiyaya Nəzarət Şurası Myanmardakı soyqırımı məhkum etdi

"İslamofobiyaya Nəzarət Şurası" bəyanat yayaraq Myanmar hərbiçilərinin Ruhingiyalı müsəlmanlara qarşı həyata keçirdiyi vəhşi təcavüz və soyqırımının hələ də davam etməsini məhkum etdi.
 
Misirin "Darul-Fətava" təşkilatının nəzdində fəaliyyət göstərən "İslamofobiyaya Nəzarət Şurası" bəyanatında  Myanmar təhlükəsizlik qüvvələrinin  müsəlmanlara qarşı həyata keçirdiyi vəhşi təcavüz, cinayət əməlləri və soyqırımı pisləyib və beynəlxalq qrumlardan bu regionda yaşayan, soyqrımı və etnik təmizləmə ilə üz-üzə qalmış müsəlmanlara maddi və mənəvi yardım etməsini istəyib. 
 
"İslamofobiyaya Nəzarət Şurası" bəyanatında müsəlmanların seçkilərdə səsvermə hüququndan məhrum edilməsini qınayaraq Myanmar dövlətindən hər bir ölkənin hər bir vətəndaşına dini və milli kimliyindən asılı olmayaraq seçki və əqidə azadlığı verən beynəlxalq qanunlara  sadiq qalmasını və səmavi dinlərin təlimlərinə sayqı ilə yanaşmasını tələb edib.
 
Qeyd edək ki, BMT-nin son hesabatında Banqladeşdəki Ruhingiyalı qaçqınlardan alınmış 220 müsahibəyə istinadla bildirilir ki, myanmarlı hərbiçilər və təhlükəsizlik qüvvələri insanlıq əleyhinə cinayətlər törədərək etnik təmizləmə məqsədi ilə müsəlmanları qətliam edir və müsəlmanlara qarşı kütləvi təcavüz həyata keçirir. 
 
BMT-nin İnsanları Haqlarına Nəzarət Təşkilatının hesabatında bildirilir ki, keçən ilin 22 Oktyabardan 10 Noyabradək zaman kəsiyində peyk vasitəsilə əldə edilən şəkillər göstərir ki, Raxin əlaylətində müsəlmanlara məxsus 430 ev yandırılıb və myanmarlı hərbiçi və buddistlər tərəfindən vəhşicəsinə edilən zülmlər və verilən işkəncələrə görə, 27 min müsəlman öz evindən didərgin düşüb.
 
Bu arada Myanmar Müsəlmanlarının Hüquqlarının Müdafiəsi Təşkilatı xəbər verib ki, Myanmar dövləti Ruhingiyalı müsəlman azlıqları planlaşdırılmış və öncədən təşkilatlandırılmış şəkildə Raxin əyalətindən çıxarır.
 
BMT-nin verdiyi hesabatda deyilir ki, dünyada ən çox zülmə məruz qalan azlıq Raxin əyalətində yaşayan ruhingiyalı müsəlmanlardır. Onlara öz vətənlərində özgə gözü ilə baxılır, məcbur işlədilir, məhdud azadlıq veririlir, təlim və təhsildən məhrum edilir və tibb və səhiyyə problemləri yaşayırlar.
 

Google+ WhatsApp ok.ru