İslam Oyunlarının proqramına 22-ci idman növü daxil edildi

2017-ci ildə Bakıda keçiriləcək İslam oyunlarının proqramında 22-ci idman növü uşu oldu. Uşunun proqrama daxil edilməsinin təşəbbüskarları kimi Azərbaycan və İran çıxış edib.

2014-cü ildə İslamiada-2017-də uşu üzrə yarışların keçirilməməsi qərara alınmışdı, amma iki federasiyanın, eləcə İranın Milli Olimpiya Komitəsinin səyləri nəticəsində uşu İslam oyunlarının proqramına geri qaytarıldı.

Xatırladaq ki, İslamiada Bakıda gələn ilin mayında keçiriləcək. Bu oyunlarda Asiya, Afrika və Avropadan 57 ölkənin nümayəndələri iştirak edəcək.

Google+ WhatsApp ok.ru