İslam Peyğəmbərinin (s) adı Böyük Britaniyada birinci yerdədir

Muhəmməd adı 7,445 xalla 6,949 xalı olan Oliveri üstələdi

“Daily Mail” qəzeti maraqlı bir araşdırma ilə bağlı yazı hazırlayıb.

Yazıda Böyük Britaniyada 2013-cü ildə ən populyar adların reytinqi verilib. Cədvəl ictimaiyyət arasında keçirilən sorğuya əsasən tərtib olunub. Sorğunu isə “ONS” şirkəti həyata keçirib.

Təqdim etdiyimiz həmin cədvəldən aydın görünür ki, latın kökənli Oliver adı ölkədə ən çox sevilən addır. Bu adın topaldığı xal 6,949 olub.

Ancaq diqqətlə araşdırıldıqda bəlli olub ki, İslam Peyğəmbərinin (s) adı birinci sıradadır. Məsələ ondadır ki, sorğu iştirakçıları peyğımbərin adını 3 variantda təqdim ediblər. Ancaq mahiyyətdə söhbət eyni addan gedir. Məhəmməd, Muhamməd və ya Mohammed. Bu adların toplam göstəricisi isə 7,445 xaldır. Ona görə də demək olar ki, Böyük Britaniyada ən sevilən ad islam peyğəmbərinin adıdır. “Daily Mail” qəzeti bu qənaətini 2 milyonluq oxucusu ilə bölüşüb./musavat.com/

Google+ WhatsApp ok.ru