İslam Peyğəmbərinin (s) həyatından film çəkən rejissor danışdı (VİDEO)

İranlı kinorejissor Məcid Məcidi islam aləmində səs-küyə səbəb ola biləcək film çəkib. Peyğəmbər Həzrəti Məhəmmədin həyatından bəhs edən filmdə ilk dəfə onun səsli və görüntülü olaraq təsvir edildiyi deyilir.
 
ANS TV-nin Tehran bürosu filmin ölkədə hansı rəaksiyalara səbəb olduğunu araşdırıb.
 
Ekran əsərində peyğəmbərin uşaqlığından bəhs edilir və film onun doğumu ilə başlayır. Peyğəmbərin obrazını hansısa aktyorun canlandırması artıq bəzi müsəlman ölkələrində etirazla qarşılanıb. Livan müftisi Məhəmməd Əli əl-Cuzu bunun İslama təhqir olduğunu deyib. Çünki, islam ölkələrində Həzrət Məhəmmədin şəxsiyyətini kiminsə əks etdirməsi qadağandır. 
 
İran kinomatoqrafiyasında bundan əvvəl də peyğəmbərlərdən bəhs edən filmlər çəkilib. Məsələn, Yusif peyğəmbərin həyatını əks etdirən film böyük maraqla qarşılanıb. Amma sadə İran vətəndaşları da Həzrəti Məhəmməd peyğəmbərin təsvirini düzgün saymır.
İranlı kinorejissorlar isə həmkarları Məcid Məcidinin dini filmlərin ekranlaşdırılması sahəsində böyük təcrübəsinin olduğunu əsas gətirərək bu filmdə də islama xələl gətirəcək məqamların olmayacağına inanırlar.
 
Rejissor Rəhim Mortəzavəntin sözlərinə görə, Həzrəti Məhəmmədlə bağlı çəkilən yeni film böyük əsər olacaq: "Çünki Məcidi öz işində çox güclüdür. Buna görə İranda, həm də digər ölkələrdə də yaxşı tanınıb”.
Filmin rejissoru Məcid Məcidin sözlərinə görə, Peyğəmbərin (s) üzünü ehtiram əlaməti olaraq göstərməyəcəyik: “Filmdə fiziki olaraq görünür, amma üzü görünməyəcək. Qərb dünyası Həzrəti İsayala bağlı 200-ə yaxın film çəkib. Amma Peyğəmbərimiz haqqında bu günə qədər yalnız iki film çəkilib. Biz niyə Peyğəmbərimizi (s) və İslamın gerçək üzünü dünyaya bu cür filmlərlə çatdırmayaq? Bu filmə yalnız İslam gözüylə yox, insan baxışıyla baxdıq”.
 
Film üç hissədən ibarət olacaq ki, birinci hissəsi təmamilə hazırlanıb və tezliklə ekrana çıxarılacaq.
Məhəmməd Peygəmbər(s) filminin ekrana çıxarılması 2015-cü ilin əvvəllərində İranın Fəcr Film Festivalında qeyri-müsabiqə hissəsində gozlənilir. Bu kino filmi ki, çəkilişi və hazırlanması 7 il vaxt aparıb. 50 milyon dollar büdcə ilə daxili və xarici nümayiş üçün hazırlanıb. /
 

Google+ WhatsApp ok.ru