İslam İqtisadiyyatı mövzusunda beynəlxalq konfrans BƏƏ-də keçiriləcək

İslam İqtisadiyyatı mövzusunda beynəlxalq konfrans BƏƏ-də keçiriləcək

İslam İqtisadiyyatı mövzusunda 4-cü beynəlxalq konfrans  cari ilin oktyabr ayında  BƏƏ-də keçiriləcək.
 
Maide.Az "İQNA"a istinadən xəbər verir ki, Dubayın İslam İqtisadiyyatının İnkişafı Mərkəzi və Ticarət Palatasının təşəbbüsü ilə oktyabrın 30-31-də keçiriləcək konfransda 3000 nəfər iştirak edəcək.
 
İclasda İslami ölkələrində iqtisadiyyatın sürətlə elektronlaşması, inkişafı və iqtisadi problemlərin həlli və imkanların yaradılması kimi mövzular müzakirə ediləcək.
 
Dünyanın müxtəlif ölkələrindən iqtisadçıların iştirak etdiyi konfrans "hamılıqla gələcəyin düzgün rəhbərliyi üçün" devizi ilə keçirilir.
 
Konfransda İslam iqtisadiyyatının inkişafında rol oyanacaq əsas amillər, davamlı inkişaf və sürətli dəyişiklik məsələsində yeni fikir mübadiləsi aparılacaq.

 

Google+ WhatsApp ok.ru