İslam Respublikasına qarşı bütün düşmənçiliklərin kökündə, İranın hegemon sistemlərə qarşı çıxması dayanır - FOTO

İslam Respublikasına qarşı bütün düşmənçiliklərin kökündə, İranın hegemon sistemlərə qarşı çıxması dayanır - FOTO

İslam Respublikasına qarşı bütün düşmənçilik və planların kökündə, İranın hegemon sistemlərə qarşı çıxması dayanır.
 
Bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər “Fiqhin xaric dərsi” mühazirəsinin əvvəlində,1388-ci ilin 9 Dey Qəhrəmanlıq Günü (30 dekabr 2009) münasibəti ilə çıxışında qeyd edib.
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei deyib ki, hegemon güclər İslam hakimiyyəti ilə düşmənçilik edir və İslam sisteminin gücünü əlindən almaq üçün çalışır. “Misilsiz 9 Dey hadisəsi İslam Respublikasının gücünün göstəricisidir. İslam Respublikası bu düşmənçiliklərin qarşısında öz gücünü artırmalıdır. Daxili gücün artırılması və möhkəmləndirilməsinin zəruriliyinin vurğulanması da bu səbəbdəndir. Ölkədə firavan təbii, insani və iqtisadi ehtiyatlar, məntiqi və siyasi çıxışlar, ləyaqətli hərbi güc və vasitələr mövcuddur”.
 
Ayətullah Xamenei deyib ki, bu gün hegemon güclər İslam Respublikası ilə mübarizədə çalışırlar ki, maddi və mənəvi gücü məhv etsinlər və İran xalqının iradəsini zəiflətsin. Bu gücü qoruyub, günü-gündən daha da gücləndirmək lazımdır.
 
Ali Rəhbər deyib ki, Amerika kimi hegemon qüdrətlər cəmiyyətin səadətini və dəyər adlandırdıqlarını sərvət toplamaq və dünyaya hökmranlıq etməkdə görür. Lakin İslam bəşərin səadətini, insani kamala çatmaqda və cəmiyyətin bütün təbəqələrində Quran təfəkkürü və əməlinin cərəyanında bilir. Hegemon sistem dünyada zülmə və ayrıseçkiliyə qarşı olan hər bir düşüncə və hərəkatla müxalifdir.
 
Ayətullah Xamenei gücün müxtəlif növlərini, o cümlədən, təfəkkür gücü, iqtisadi güc, ictimai və xalqı səfərbəretmə gücünün artırılmasının zəruriliyini vurğulayıb. “İslam İnqilabından 40 il keçməsinə rəğmən, 22 Bəhmən (12 fevral - İslam İnqilabının qələbəsinin ildönümü günü) günü milyonlarla insanın küçələrə axması, İslam Sisteminin xalqı səfərbər etməkdə gücünün göstəricisidir ki, bu da dünyada bənzərsizdir”.
 
Ayətullah Xamenei 9 Dey hadisəsini İslam Sistemi gücünün göstəricilərindən olduğunu vurğulayıb: “Bu misilsiz hadisədə heç kəs çağırışçı deyil və İslam Sisteminin əsas formalaşmasının intellekt gücü, xalqın küçələrə axışmasına səbəb oldu və bu misilsiz bir hadisə idi”.
 
Ayətullah Xamenei düşmənlərin İslam Sisteminin gücünü əlindən almaq üçün hiylə və planları haqqında danışıb. “Düşmən evi bir oğruya bənzəyir, lakin özünü elə göstərir ki, düşmənçilik üçün səbəb ev sahibinin əlindəki silahdır. Əgər silahı yerə qoysa, davam bitmişdir. Ona görə çalışır ki, hiylə və müzakirənin müxtəlif yollarından istifadə etməklə – zarafatla, gülərüzlə və qışqırmaqla ev sahibinin silahını alaraq evin içinə soxulsun”.
 
Ayətullah Xamenei, həmçinin xoşbəxtlik və səfaləti gücdən necə istifadə etməkdən asılı olduğunu bildirib və nüvə silahından yaranan güclə bağlı deyib ki, nüvə silahının qadağan olmasını fiqhi və əqli əsaslar qadağan edir, lakin gücün digər növlərini əldə etmək xalq və dövlətin hüququdur”. /
 
 
 
 

Google+ WhatsApp ok.ru