İSLAM VƏ ZAMANIN TƏLƏBLƏRİ

İSLAM VƏ ZAMANIN TƏLƏBLƏRİ

«Biz əmanəti [Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə, onu götürdü. İnsan bu ağır əmanəti götürməklə, özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi».
 
Yuxarıda qeyd olunan ayə, Quranın olduqca böyük əhəmiyyət daşıyan ayələrindən biridir. Şübhəsiz ki, Quranın bütün ayələri dərin mənalı və böyük əhəmiyyət kəsb edir. Lakin ayələrin bəziləri mətləbi elə tərzdə bəyan edir ki, insanları onun haqda düşünüb-daşınmağa vadar edir.
 
Quranın bir çox ayələrində insanlar bir-başa və ya müxtəlif yollarla düşünüb-daşınmağa dəvət olunurlar. Birbaşa olaraq düşüncə və təfəkkürə dəvət edən ayələr, məhz belə bir ünvan daşıyır və bu ayələrdə düşünüb-daşınmamaq qətiyyətlə pislənilir: «Allah yanında yer üzündə gəzən canlıların ən pisi [haqqı] dərk etməyən korlar və lallardır».
 
Allahın nəzərində canlıların ən pisi hansılardır? Görəsən, nəcis (murdar) adlandırdıqlarımızdırmı? Ya misal olaraq çəkdiyimiz heyvanlardırmı? Xeyr! Allah-təalanın nəzərində canlıların ən pisi o kəslərdir ki, qulaqları olduqları halda kar, dilləri olduqları halda lal, əql və düşüncə qabiliyyətinə malik olduqları halda, həqiqəti dərk etməyənlərdir. Qurani-kərimdə bu məzmunda kifayət qədər ayə mövcuddur.
 
Qurani-kərimdə ayələrin bir qismi insanların birbaşa deyil, müxtəlif yollarla dünüşcə və təfəkkürə dəvət edir. Mətləbdən uzaq düşməmək üçün biz yalnız onlardan bir neçəsinə işarə edəcəyik. Ayələrin bir qismi mətləbi elə tərzdə bəyan edir ki, insanları düşüncə və təfəkkürə sövq edir. Bu da insanın zehnini düşünüb-daşınmağa vadar edən özünəməxsus üsullardan biridir. Aşağıdakı ayəyə diqqət yetirin:
 
«Biz əmanəti [Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü. İnsan bu ağır əmanəti götürməklə, özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi»[3].
 
«Biz əmanəti göylərə və yerə və dağlara təklif etdik». Əmanət dedikdə nə nəzərdə tutulur? Necə və kimə təklif olundu? Yerə, göyə, dağlara necə, əmanət təklif etmək olar? «Biz yerə, göyə və dağlara əmanət təklif etdik, amma onlar bunu qəbul etməkdən imtina etdilər».
 
«Əbəyyənə yəhmilnəha - əmanəti götürməkdən qorxub çəkindilər».
 
Buradan məlum olur ki, əmanət dedikdə, elə bir şey nəzərdə tutulur ki, varlıqlar onu məhz qəbul etməli deyil, ona dözməyi bacarmalıdırlar.
 
Birinə əmanət verilərkən, adətən «filan kəs əmanəti üzərinə götürdü» deyil, «qəbul etdi» deyirik. Lakin göründüyü kimi, ayədə «əmanəti [üzərinə] götürməkdən qorxub çəkindilər» deyilir. Əmanəti üzərinə götürmək ərəb və fars dillərində özünməxusus bir mövzuya çevrilmişdir.

Google+ WhatsApp