İslandiya yığması Rumıniyaya qalib gələrək AVRO-2020-yə çıxmaq şanslarını qoruyub 09 Oktyabr 2020 09:36 İdman Reykyavikdə keçirilmiş qarşılaşma 2:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Gilfi Siqurdsson iki top vurub (16-cı və 35-ci dəqiqələrdə), qonaqlardan Aleksandru Maksim fərqlənib (63, penalti). İslandlar AVRO-2020-nin pley-off mərhələsinin finalında Macarıstanla qarşılaşacaqlar. Macarlar öz növbələrində Bolqarıstana qalib gəliblər - 3:1. Oyun noyabrın 12-də keçiriləcək. Futbol üzrə Avropa çempionatı koronavirus pandemiyasına görə 2020-ci ildən 2021-ci ilə keçirilib. / sputnik/ Teqlər : #İslandiya,#yığması,#Rumıniyaya,#qalib,#gələrək,#AVRO2020yə,#çıxmaq,#şanslarını,#qoruyub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məhəmməd Salah evsizi xuliqanlardan xilas etdi Neymar Messinin rekordunu qırdı