Süleyman Şah türbəsini qoruyan türk əsgərləri əsir götürüldü

İŞİD terrorçuları Suriyada yerləşən türk torpağında - Süleyman Şah türbəsində xidmət edən 20 türk hərbçisini əsir götürüb.
 
Maide.az-ın məlumatına görə, bu barədə Livanın “Əl Mayəddin” telekanalı xəbər yayıb.  
 
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin baş nazirinin müavini Bülənt Arınç məqbərənin terrorçular tərəfindən ediləcək hücumlardan qorunmasının vacibliyini qeyd etmişdi. O, həmçinin Suriya və İraqa hərbi müdaxiləni nəzərdə tutan mandatın artıq Türkiyə parlamentinə təqdim olunduğunu  bildirmişdi.   
 
Süleyman Şahın məqbərəsi Hələb şəhəri yaxınlığında, Cabir qalasının yanında yerləşir. 1921-ci ildə imzalanmış müqaviləyə əsasən, məqbərə Suriya ərazisində türk anklavı hesab edilir və Türkiyə hərbçiləri tərəfindən mühafizə olunur. 

Google+ WhatsApp ok.ru