Sülhməramlıların qərargahı yaxınlığında partlayış baş verib- YENİLƏNİB

Sülhməramlıların qərargahı yaxınlığında partlayış baş verib- YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Somalinin paytaxtı Moqadişoda aeroportun yaxınlığında, sülhməramlı missiyanın bazasına girişdə  dəhşətli partlayış baş verib.
 
Maide.Az xəbər verir ki,  yerli KİV-lər ən az 12 nəfərin öldüyünü bildirir.  Ölənlərin hamısı AMİSOM əsgərləridir.
 
***
Somalidə  Moqadişu şəhərində Afrika Birliyi sülhməramlılarının (AMİSOM ) qərargahı  və beynəlxalq hava limanı yaxınlığında  güclü partlayış baş verib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, partlayışdan sonra  hava limanı ətrafında  atışma səsləri də eşidilib. 
 
Bildirilir ki, intiharçı öz avtomobilini  Afrika Birliyi sülhməramlılarının qərargahı yaxınlığında partladıb. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. 
 

Google+ WhatsApp ok.ru