Sloveniyada ilk İslam Mərkəzi yaradılıb

Bu həftə Sloveniya müsəlmanları Yesenise şəhərində, ölkədə yeganə və ilk olan İslam Təhsil Mərkəzinin rəsmən açılışını ediblər. 
Maide.az xəbər verir ki, binanın tikilişinə müsəlmanlar 1 000 000 avro xərcləyiblər.  
 
Mərkəzdə 2 zal və 25 nəfərə xidmət göstərəcək otaqlar var. Bu mərkəzdə həmçinin şəhər üçün yenilik olan halal restoran da yaradılıb. 
 
Müsəlman icması nümayəndələri bildirirlər ki, bu mərkəz tək müsəlmanlar üçün yaradılımayıb və burada bütün dinlərin nümayəndələri üçün maarifçilik yönündə işlər aparılacaq. Onlara İslam dinindən, müsəlmanlardan, müsəlman mədəniyyəti və tarixindən məlumatlar veriləcək. 
 
Ehtimal var ki, Sloveniyada çox aktual olan ərəb dili dərsləri də keçiriləcək. //

Google+ WhatsApp ok.ru