Sloveniyadakı yeganə minarəli məscid gələn il istifadəyə veriləcək

Sloveniyadakı yeganə minarəli məscid gələn il istifadəyə veriləcək

-- Ölkədə 100 minə yaxın müsəlman yaşayır

Sloveniyanın paytaxtı Lyublyanadakı minarəsi olan yeganə məscidin inşası davam etdirilir.
 
Maide.Az "İQNA"ya istinadən xəbər verir ki, təməli 2013-cü ildə atılan məscidin fasad işləri yekunlaşıb.
 
Hazırda məscidin daxilində işlər davam etdirilir.
 
Minarəsi 40 metr olan ibadət evi ümumilikdə 13 min kv.m ərazidə inşa edilib. Kompleksdə məsciddən başqa İslam Mədəniyyət Mərkəzi də tikilir.
 
Sloveniya İslam Birliyinin Baş katibi Nevzat Poriç bildirib ki, məscidin həyətində 660 səccadəlik ibadət yeri də hazırlanacaq.
 
Poriç məsdinin Qətərin maliyyə dəstəyi, həmçinin Türkiyə və Bosniya və Hersoqovinanın yardımı ilə inşa edildiyini söyləyib.
 
O, məscidin içində işıqlarla qübbə qurulacağını, gövdəsinin isə tamamilə şüşədən hazırlandığını da vurğulayıb.
 
Qeyd edək ki, Sloveniyanın 18 şəhərində məscid fəaliyyət göstərir. Ölkədə 100 minə yaxın müsəlman yaşayır.

Google+ WhatsApp ok.ru