Smartfonlar tezliklə arxa panelin rəngini dəyişə biləcək (VIDEO)

Smartfonlar tezliklə arxa panelin rəngini dəyişə biləcək (VIDEO)

Smartfon istehsalçılarından biri yeni bir texnologiya üzərində işləyir. Yeni cihaz arxa hissəsinin rəngini idarəetmə qabiliyyətinə malik olacaq. Cihazı hazırlayan şirkətin adı olduğu kimi, bu qabiliyyətin işləmə prinsipi gizli saxlanılır.
 
Videoda smartfonun arxa panelinin əvvəlcə mavi, zaman keçdikcə bozlaşdığını göstərir. Üstəlik, “tvitter”də qeyd edildiyi kimi, istifadəçi bu effektin sürətini idarə edə biləcək. Bu qədər maraqlı dizayna sahib ilk smartfonların tezliklə bazara çıxması mümkündür. İlin əvvəlində “CES 2020” sərgisində bənzər texnologiya “OnePlus” şitkəti tərəfindən göstərilib. Prototipdə, kamera blokunun şüşəsi qaralaraq obyektivi gizlədə bilirdi.
 

Google+ WhatsApp ok.ru