Smartfonun fəaliyyətinin sona çatma əlamətləri

Smartfonun fəaliyyətinin sona çatma əlamətləri

Batareyanın şişməsi və ya smartfonun yüklənməmiş vəziyyətdə qızması, qurğunun ömrünün sona çatmasının əlaməti hesab oluna bilər.
 
“Gamesup42”nin baş əməliyyat müdiri Olqa Timofeyevanın sözlərinə görə, bu hallarda cihazlarda olan batareyalar alovlana bilər, buna görə smartfonu dərhal hansısa xidmət mərkəzinə aparmaq və ya yenisini almaq daha məsləhətdir.
 
Ekspert ekranda əmələ gələn zolaqlar və ya tətbiqlərin uzun müddət yüklənməsinin, cihazın köhnəlməsini göstərən əlamətlər olduğunu qeyd edib. Son halda təmir də mümkündür. Servis xidmət parametrləri zavod parametrlərinə qaytaracaq və tətbiqləri yenidən yükləməyə çalışacaq. Zolaqlar ekrandan itməsə, şüşəni dəyişdirməlidir, lakin ehtiyat hissələri üçün belə bir cihazı satmaq və yenisini almaq daha məsləhətdir, bu həm də bəzi hallarda daha ucuz başa gələ bilər.
 
Qeyd edək ki, smartfonun qəfil sönməsi və ya sönüb yenidən yüklənməsi onun yenisi ilə əvəz edilməsinin vaxtı çatdığını bildirir. /lenta.ru /
 

Google+ WhatsApp ok.ru