Smartfonun söndürülüb qoşulması vacibdirmi?

Smartfonun söndürülüb qoşulması vacibdirmi?

Texnoloji sahənin eksperti smartfonların söndürüb yenidən qoşmaq tezliyi haqda danışıb.
 
Vladimir Qrisenkonun sözlərinə görə, cihazın işləməsindən razı qalsanız, müasir smartfonların söndürülüb yenidən qoşulmasına ehtiyac yoxdur.
 
“Smartfonlar və planşetlər, məsələn, əməliyyat sistemlərinin yeni versiyalarına yeniləndikdə özlərini yenidən yüklənir. “iPhone” smartfonunda bu olduqca tez-tez baş verir, “Android” əməliyyat sistemi olan modellərdə, bir qayda olaraq, gözləmək daha uzun çəkir", - deyə ekspert vurğulayıb.
 
Əməliyyat sistemində və ya tətbiqlərdə donma görsəniz cihazı söndürülüb yenidən qoşmağa dəyər. Mütəxəssis Wi-Fi problemi olanda da cihazın söndürülüb yenidən qoşulmasına kömək edə biləcəyini qeyd edir. Onun sözlərinə görə, modem rejimi işləmirsə, batareya tez tükənirsə və ya bəzi tətbiqlər açılmırsa, smartfonu yenidən işə salmaq faydalı olar. Müasir smartfonlar söndürülüb yenidən qoşulmaqla praktiki olaraq uzunmüddət istismar oluna bilər. /deyerler.org /
 

Google+ WhatsApp ok.ru