İsmayıl Haniyyə BMT-nin Qəzza hesabatının əhəmiyyətindən danışıb

Maide.az-ın məlumatına görə, Fələstin İslami Müqavimət Hərəkatı Həmasın siyasi bürosununun sədr əvəzi İsmayıl Haniyyə cümə günü Qoldstonun hesabatı ilə BMT-nin hesabatını önəmli hesab edərək bildirib: "BMT-nin sionist rejimin Qəzza zolağına qarşı 50 günlük hücumu barədəki hesabatı bu hücum zamanı Fələstin müqavimətinin silah və funksiyasını qanuni hesab edib." 
 
Həmasın siyasi bürosunun sədrəvəzi sionist rejimin hava qüvvələrinin 50 günlük hücum zamanı 4 nüvə bombası ölçüsündə partlayıcı maddələri Qəzzə zolağı sakinlərinin üzərinə atdıqlarını bildirərək deyib: "Qəzza zolağına qarşı beynəlxalq və regional məkrli plana baxmayaraq, bu bölgə bu müharibədən başıuca çıxdı. Sionist rejim məhsullarına boykot beynəlxalq hərəkatı, Azadlıq-3 gəmilərinin Qəzza sahillərinə səfəri, dünyanın bir çox tanınmış şəxsiyyətinin Qəzzaya səfərləri Qəzzaya qarşı 50 günlük müharibənin nəticələridir." 
 
BMT son hesabatında atəşkəsin pozulması halları, sivillərə və xilasedici obyektlərə və avtomobillərə hücum, eləcə də 50 günlük müharibə zamanı qeyri-hərbi obyektlərin kor-koranə şəkildə bombardman edilməsinə toxunub və onu İsrail rejiminin müharibə cinayətləri adlandırıb. 
 
Sionist rejim ordusu 2014-cü ilin yayında Qəzzaya qarşı irimiqyaslı hərbi əməliyyat keçirdi. Nəticədə 2100-dən çox fələstinli şəhid oldu, 11 min nəfər də yaralandı.

Google+ WhatsApp ok.ru