SOCAR-ın kredit `dolanbacı`

SOCAR-ın kredit `dolanbacı`

"Novoye Vremya" qəzetində isə "SOCAR-da nə baş verir?" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif dövlət büdcəsindən SOCAR-a vəsaitlər ayrılmasını, bununla belə qurumun "kredit dolanbacı"na düşməsini gündəmin müzakirəsinə daşıyır.
 
Yazı müəllifi hesab edir ki, SOCAR-a vəsaitlər ayrılması deputat korpusunda da, elə cəmiyyətdə də çoxsaylı suallar yaradır, indi, yəni,neftin qiymətinin kifayət qədər yüksək olduğu vaxtda belə ayırmalar isə təəccübə səbəb olur. "Dövlət büdcəsindən şirkətə subsidiyalarınayırlması isə davam edir və özü də bu təhsil, səhiyyə, kommunal sahələrə cüzi dotasiyaların ayrılması fonunda baş verir. Bununla da SOCAR özünü kredit dolanbacına sürükləyir".
 
SOCAR-ın maliyyə borclarına toxunan müəllif rəsmi statistikaya istinadən bu qurumun 2018-ci ildə Azərbaycanın Maliyyə Nazirliyindən 200 milyon manat, 2018-ci ilin ötən dövrü ərzində Gürcüstanın bir neçə bankından 156 milyon manat qısa və uzunmüddətli kreditlər götürdüyünü deyir.
 
Müəllif deyir ki, cari ildə SOCAR 419 milyon manat kredit cəlb edib, 2018-ci ildə bəzi beynəlxalq və yerli banklara 417 milyon manat kredit ödənişini etməyib.(contact.az)
 
Müəllif deyir ki, ötən 6 ay ərzində 500 milyon manata yaxın kredit götürülməsi heç də az məbləğ deyil, çünki zamanlar var idi ki, SOCAR özü daxili və xarici layihələri maliyyələşdirirdi: "Əgər şirkət dövlətdən və beynəlxalq mliyyə institutlarından kömək gözləyirsə o zaman bu qurumda nə baş verir sualı ortaya gəlir".
 
Məqalə müəllifi onların neft böhranı, maliyyə problemləri ilə bağlı dediklərini əsassız sayır və hazırda neft qiymətlərinin rekord vurduğunu bildirir: "Neft dollarları yüksəlib. Yəni, neftin qiyməti 120 dollar həddində olarsa, rentabellilik yaranar? Amma yaxın gələcəkdə bu hədd görünmür, həm də şirkətin uğurlarını yüksək neft qiymətinə bağlamağa da dəyməz. Düzgün menecmentlik qurulsa SOCAR indi də gəlirlə işləyə bilər".
 
Müəllif bu təbii inhisarçının ziyanla işləməsinə də inana bilmir, gəlir var, həm də az deyil, bütün problem şirkətin idarəçiliyindədir və başqa cür olsaydı, şirkət büdcə pullarına və beyənlxalq kreditlərə möhtac qalmazdı.
 
Müəllifə görə, bu məsələyə aydınlıq gəlməsi üçün SOCAR-ın investisiya siyasəti şəffaflığı və səmərəliliyi ilə seçilməli idi və ya başqa sözlə, dövlət büdcəsini dağıtmaq yolverilməzdir. Çünki, bu şirkət ölkə büdcəsinin 70%-ni formalaşdırır.
 
Məqalədə deyilir ki, dövlət əhəmiyyətli bir çox sosial layihələrin taleyi onun fəaliyyətindən asılıdır.
 
Müəllifə görə, şirkət artıq kredit dolanbacına düşüb və buradan çıxa bilmir.
 

Google+ WhatsApp ok.ru